10-un müəllifi - Farid Nəsirulla - Sualtap

10-un müəllifi - Farid Nəsirulla


"10"-un müəllifi-nin bugünkü qonağı ən peşəkar gənc müəlliflərdən biri, güclü oyunçu, səmimi və gülərüz insan, Avalon komandasının üzvü Farid Nəsirulladır. Faridin özünün seçdiyi ən maraqlı 10 sualı ilə tanış ola bilərsiniz...

Sual №1: Bioqrafiyaların birində qeyd olunur ki, XIX əsrin ortalarında doğulmuş bu şəxs illər sonra ateist olanda belə, hər il dindar olduğu dövrlərdə tutduğu pasxa bayramı orucunu yenidən tuturdu. Kim?

Cavab: İvan Pavlov 
Sayılma meyarı: İ.Pavlov
Şərh: Artıq ateist olsada ardıcıl illər boyu tutduğu oruc onda instikt yaratdığından hər il pasxa bayramı ərəfəsində, axşamlar kilsə zəngi çalanda İvan Pavlov tutduğu orucu açırdı. İvan Pavlov özü də vərdişin itlər üzərində yaratdığı eksperimentləri ilə məşhurlaşmışdı. 
Müəllif: Farid Nəsirulla


Sual №2: Siyahıya qulaq asın:
1. Fedor Pronkov - klubun yetirməsi olan Fedor istedatlı gənc oyunçu olsada klubda forma tapmıyandan sonra ayrılmış və klubsuzdur.
Yevgeni Malkov - ilk professional kariyerasına klubda başlayan Yevgeni çox az oyun keçirdikdən sonra klubdan ayrılmalı olmuş və gənc yaşında kariyerasına sonlandırmalı olmuşdu.
Mixail Shevyakov - klubun yetirməsi olan Mixail forma şansı almadığı üçün klubdan ayrılmış 23 yaşında futbol kariyerasına son qoymuşdu.
Arthem Perishin - ilk professional futbola kıubda başlamış Arthem müxtəlif klublara kirayələnmiş, sonrasında isə 23 yaşında kariyerasın bitirməyə məcbur olmuşdu.

Bir dəqiqə ərzində sözü gedən futbolçuların hansı klubda forma gedindiyini cavab kartınıza yazın?

Cavab: Saturn
Şərh: Futbolçuların slavyan mənşəli olduqları soyad və adlarından aydın hiss olunur. Gənc yaşlarında Rusiyanınn məşhur Saturn klubunda futbol həyatına başlayan futbolçular, yetirmələsi olduğu klub tərəfindan kariyeraları məhv edilmişdi. Məşhur sujetdə ki kimi Saturn klubu da öz yetirmələrinin futbol həyatlarını məhv edirdi
Müəllif: Farid Nəsirulla


Sual №3: Duplet!
1. Bir neçə il əvvəl auksionlarin birində 1800-cü ilə aid X təqribın 5 milyon avroya yaxın qiymətə satın alınmışdı. X-i biri xüsusi olmaqla iki sözlə cavab kartınıza yazaraq duplete başlayın.
2. Kitabların birində müəllif Y-ın toxunduğu hər bir səhifənin Fransa ədəbiyyatında silinməz izlər qoyduğunu qeyd edir. Y-i biri xüsusi olmaqla iki sözlə cavab kartınıza yazaraq dupleti tamamliyin. 


Cavab: 1. Napoleonun qılıncı
             2. Balzakın qələmi 
Şərh: Birinci sualda söhbət auksionda satılmış 1800-cü ilə aid Napoleon Bonopartın qılıncından, dupletin ikinci sualında isə Balzakın qələmindən gedirdi. Siz Napaleonun qılıncı ilə başladığınız dupleti Balzakın qələmi ilə tamamladınız. Eynən Balzaka aid məşhur sitatda deyildiyi kimi "Napoleonun qılıncı ilə başladığını mən qələmim ilə tamamlıyacam".
Müəllif: Farid Nəsirulla


Sual №4: Rekvizit
"Hüseynqulu 1804-cü ildə yanvarın 3-dən 4-nə keçən gecə düşmən gülləsindən həlak olur, şəhər isə Ruslar tərəfindən işğal olunur.

1806-cı il fevralın 8-də Cavad şəhərin açarlarını Sisianova təqdim edərkən Sisianov onun əmisi oğlu İbrahim tərəfindən öldürüldü".

Sizə verilmiş rekviztdə biz bunu etdik. Milli Məclis yanında Toponimiya Komissiyasıyası da 2008-ci il aprel ayındakı qərarı ilə bunu etdi. Bunu etməklə əvəz olunmuş bir neçə sözü cavab kartlarınıza yazın.

Cavab: Xanların adını dəyişmək
Sayılma meyarı: Yalnız dəqiq cavablar
Şərh: Bildiyimiz kimi əslində 1804-cü ildə Cavad xan Gəncədə həlak olmuş, Bakı xanı Hüseynqulu xanın əmisi oğlu tərəfindən isə Sisianov öldürmüşdür. Lakin biz sizə verilmiş rekviztdə əslindən fərqli olaraq Xanların adını dəyişdik. 2008-ci ildə də Toponimiya Komissiyasının təklifi ilə Xanlar rayonun adı dəyişdirilmişdir.
Müəllif: Farid Nəsirulla


Sual №5: Avtobioqrafiyadan hissəyə qulaq asın "50-ci illərdə mən qərara aldımkı hansısa ağ dərili quldurdan atalarıma verilmiş Litlı dəyişdirim. "Dəyişdirim" sözü dəyişdirdiyimiz bir neçə sözü cavab kartınıza yazın.

Cavab: X ilə əvəz edim
Sayılma meyarı: X ilə əvəzləmək
Şərh: Bildiyimiz kimi NHN oyununun sual quruluşlarında əsasən dəyişdirmək İKS ilə əvəz etməklə yerinə yetirilir. 50-ci illərdə qara dərililərin hüquqlarının müdafiəsinin fəal iştirakçısından olan Malkolm X də öz Litl soyadını X ilə əvəz etmişdi.
Müəllif: Farid Nəsirulla


Sual №6: Dini ayin zamanı birdən üzərilərində  ləkələr olduğunu görən din adamları bir anlıq təəccüblənsələr də, sonradan bunun ilahi qüvvə ilə bağlı olmadığı ortaya çıxmışdı. Siz isə buna səbəbkar olmuş şəxsin kim olduğunu deyin?

Cavab: Mikalencelo 
Şərh: Sikstin kapellası tavanında Mikalencelo iş görən zaman hələdə din adamları aşağıda öz dini ayinlərini yerinə yetirə bilirdilər, belə ayinlərin birində üzərinə yuxarıda iş görən Mikalencelonun boyası üzərilərinə tökülmüş din adamları bir anlıq təəcüblənsələrdə sonradan hər şey ortaya çıxmışdı.
Müəllif: Farid Nəsirulla


Sual №7: Rekvizit:
Rekvizitdə London şəhərində yerləşən çəpərlərdən birini görürsünüz. 20ci əsrin ortalarında gördüyünüz çəpərlərin nə kimi istifadə olunduğunu eyni incə saitli bir sözlə deyin? 

Cavab: Xərək
Şərh: Çəpərlərin kənar hissələrinə baxsanız mayilli formada olduğun görə bilərsiz. Bu hissələr əldən tutmaq üçün istifadə olunurdu. 2ci dünya müharibəsində baş tutmuş Blitz vaxtı Londonda çoxlu yaralı olduğundan gördüyünüz çəpərlər yaralıları daşımaq üçün xərək kimi istifadə olunurdu.
Müəllif: Farid Nəsirulla


Sual №8: XVIII əsrə aid mənbədə 3-cü hissənin sonlarında daha parlaq və yüksək səsli notların artmasından başa düşmək olar ki "Buraxılmış Sözlər". Qari Kasparovun gələcəkdə dünya üzərində yeni soyuq müharibənin başlayacağını qeyd etdiyi audiokitabı da BURAXILMIŞ SÖZLƏR adlanır. BURAXILMIŞ SÖZLƏRİ yazın. 

Cavab: Qış yaxınlaşır. 
Şərh: Dörd fəsil əsərində fəsillər dəyişdikcə musiqi tonu dahada artır, müəllifin 3-cü hisssənin sonlarında daha yüksək notları istifadə etməsindən bilməkmolur ki qış yaxınlaşır.
Müəllif: Farid Nəsirulla


Sual №9: Bir kitabda qeyd olunur ki, 18-ci əsrin ikinci yarısında doğulmuş bu şəxs güclü yağış yağıb, ildırım çaxdığı bir gecədə İLDIRIMIN İŞIĞI nəticəsində yuxudan oyanmalı olmuşdu. Kim? 

Cavab: Lüdviq Van Bethoven
Şərh: Sualda qeyd olunduğu kimi o güclü yağışın, ildırımın səsi ilə yox, məhz ildırımın işığı nəticəsində yuxudan oyanmış və tamamilə kar olduğunu anlamışdı.
Müəllif: Farid Nəsirulla


Sual №10: Patrik Zuskindin musiqiçi qəhrəmanı kontrabasın onun həyatındakı rolundan danışarkən qeyd edirki sanki kimləsə münasibətdə olanda belə kontrabasım başımın üzərində durub məni izləyirdi. Bu zaman əsərin musiqiçi qəhrəmanı kontrabası İKSlə müqayisə edir, İKSİ əcnbəbi mənşəli sözlə cavab kartlarınıza yazın.

Cavab: Fermata 
Şərh: 

Musiqi notları əlifbasında notların üzərində pauzasını bildirmək üçün quş gözüdə adlandırılan və gözə bənzəyən Fermatalardan istifadə olunur. Əsərin musiqiçi qəhrəmanıda bir növ onu izləyən kontrabası Fermata ilə müqayisə edirdi. 
Müəllif: Farid Nəsirulla