İdman haqqında 10 sual - Babək Qasımzadə - Sualtap

İdman haqqında 10 sual - Babək Qasımzadə


"10" gözəl sualın bugunkü mövzusu İdman, qonağı isə "Xəmsə MİO", "Parlaq zəka", "Mən azərbaycanlıyam" kimi intellektual oyunların sual redaktoru, peşəkar müəllif, "Prestige" komandasının kapitanı Babək Qasımzadədir. 300 suallıq intellektual Marafon turnirlərində də İdman turları üçün suallar Babək Qasımzadə tərəfindən yazılıb. Bu da idmanla bağlı Babək Qasımzadənin öz seçdiyi ən yaxşı 10 sualı!


Sual №1: 2016-cı il futbol üzrə Avropa Çempionatının İtaliya-Almaniya matçının start fitindən bir neçə dəqiqə əvvəl, şərhçi onu xatırlayır. O, Hürt şəhərində doğulub. Söhbətin kimdən getdiyini tapın.

Cavab: Mihael Şumaher
Sayılma meyarı: M.Şumaher
Şərh: Bildiyiniz kimi AÇ vaxtı oyun başlamamışdan əvvəl hər iki komandanın dövlət himni səslənir. Şərhçi deyir ki, nadir vaxtlarda biz bu iki – İtaliya və Almaniya himnlərini bir yerdə eşidirik. Amma vaxt var idi, Mihael Şumaherin hər qələbəsində biz bu iki himni bir yerdə eşidirdik. Ferrari komandasında çıxış edən alman Şumaherin qələbələri zamanı həm İtaliyanın, həm də Almaniyanın himnləri səsləndirilirdi. 
Müəllif: Babək Qasımzadə 


Sual №2: 2009-cu ildə keçirilən US Open turnirində Xuan Martin del Potro ilə Roje Federer qarşılaşırdı. Setlərdə 1-2 hesabı ilə Federer öndə olsa da, 3-2 hesabı ilə Del Potro qalib gəlir. Lakin rəqibinə hörmətlə yanaşan Del Potro, Federeri də çempion hesab edərək deyir ki, “oyunun ortasında o 1-2 hesabı ilə qabaqda idi və mən onu x-i qazanmış kimi hesab edirəm. Sonda isə 3-2 hesabı ilə mən də y-i qazandım”. X və y-i əcnəbi sözlərlə deyin.

Cavab: Apertura və Klausura
Sayılma meyarı: Yalnız dəqiq cavablar
Şərh: Xuan Martin del Potro Argentinalı raketka ustasıdır. 2009-cu ildə US Openi qazansa belə rəqibi Federeri də çempion adlandırmışdı. 1991-2012-ci illər arasında Argentina futbol liqasında sistemə görə il ərzində iki çempion müəyyənləşirdi. Mövsümün açılışından ortasına qədər olan hissə “Apertura”, ortadan sona qədər olan hissə isə “Klausura” adlanır. 
Müəllif: Babək Qasımzadə


Sual №3: Xəzər-Lənkəran klubunun fanklublarından biri X adını daşıyır. X karyerasında cəmi 103 qarşılaşmaya çıxıb. X-i bir sözlə yazın.

Cavab: Bosman
Sayılma meyarı: Yalnız dəqiq cavablar
Şərh: Bildiyiniz kimi Xəzər-Lənkəran klubunun loqosunda lövbər təsviri vardır. Fanklub isə öz adını təbii olaraq gəmiçiliklə birbaşa bağlantılı olan bir sözlə adlandırmalı idi. X-in karyerasında belə az oyuna çıxmasının səbəbi isə yaşadığı problemlər idi. Fanklub Bosman adını daşıyırdı. Bosman isə məlum olduğu kimi UEFA ilə qalmaqal yaşayaraq futbolçu karyerasını erkən bitirməli olmuşdu.
Müəllif: Babək Qasımzadə


Sual №4: Maraqlıdır ki, bu mahnı 1996-cı ildə məhz Çikaqo şəhərinin studiyalarında yazılmış və əfsanəvi idmançının yenidən öz uğurlarını təkrarlayacağına olan inamı bildirmişdi. Bəs həmin illərdə başqa bir klub psixoloqu Dr. Tim O`Brayan hər seansda bu mahnını kimə dinlədirdi?

Cavab: Dennis Berqkamp
Sayılma meyarı: D.Berqkamp
Şərh: Mahnı Çikaqo Bullz klubunun əfsanəsi Maykl Cordanın baş rolunda oynadığı “Space Jam” – “Kosmik Matç” filminin soundtreki olmuşdur. Həmin ərəfələrdə Maykl Cordan basketbola fasilə verdikdən sonra yenidən qayıtmışdır. Onun havadakı anları “I belive i can fly” sinqlının yazılmasına ilham mənbəyi olub. Bir neçə il sonra Arsenal klubunun psixoloqu Dr. Tim O`Brayan isə hər seansda bu mahnını Dennis Berqkampa dinlədərək onun qorxusunun sadəcə psixoloji olduğunu inandırmağa çalışmış, istəsə və inansa uça biləcəyini söyləmişdi.
Müəllif: Babək Qasımzadə


Sual №5: İllər sonra ona ünvanlanan suala, idmançı zarafatla "Boss No. 1" cavabını vermişdi. Söhbətin kimdən getdiyini tapın.

Cavab: Cozef Pol Co Di Macco
Sayılma meyarı: Cozef Pol Co Di Macco
Şərh: Bir dəfə onun həyat yoldaşından soruşmuşdular ki "Gecələr nə ilə yatırsız?" O isə cavabında "Bir neçə damla Şanel nömrə 5" demişdi. Merlinin gedişindən sonra Di Macco "Gecələr nə ilə yatırsız" sualına, "Bir neçə damcı Boss Nömrə 1" cavabını vermişdi.
Müəllif: Babək Qasımzadə


Sual №6: 1995-96 mövsümündə Sombatey şəhərinin klubu çox vacib oyuna çıxacaqdı. Soyunma otağında çantasını açan o, həmişəki kimi evdən tələsik çıxmağının qurbanı olduğunu gördü. Evə gedib-qayıtmağa isə vaxtı yox idi. Eşitdikləriniz ona həsr olunmuş sənədli filmdəndir. Onun kim olduğunu tapın.

Cavab: Qabor Kirali
Sayılma meyarı: Qabor Kiray
Şərh: Sombatey Haladaş klubunda futbola başlayan o, ilk dəfə boz şalvarını çantaya şortik qoymağı unutduğu vacib həmi o vacib oyun zamanı geyinmişdi. 
Müəllif: Babək Qasımzadə


Sual №7: Hər il keçirilən bu yarışda azərkeşlərin oxuduqları mahnı “Which blue are you?” adlanır. Məqalələrin biri bu azarkeşləri Yer kürəsinin ən ağıllı fanatları adlandırır. Söhbətin hansı yarışdan getdiyini bir neçə sözlə deyin.

Cavab: Oksford-Kembric arasında akademik avarçəkmə yarışı
Sayılma meyarı: Akademik avarçəkmə
Şərh: Oxuduqları mahnıda göy, mavi rəng əslində üstündə yarıışdıqları çayı bildirir. Komandalardan biri tünd mavi, digəri açıq mavi formalarda çıxış edir. Həmin fanatlar isə Oksford və Kembricdə təhsil alan tələbələrdir. Məqalə müəllifi sözün əsl mənasında onları yer kürəsinin ən ağıllı fanatları adlandırır.
Müəllif: Babək Qasımzadə


Sual №8: Bir hekayənin qısa müddətlik həbsə düşən qəhrəmanına, digər məhbuslar kimi rəsmi paltar yox, fərqli paltar verirlər. Buna etiraz edən məhbuslara, polis işçiləri onun yaxın zamanda azad olacağını bildirir. Bundan sonra məhbuslar qəhrəmanı hansı italyan sözü ilə çağırmağa başlayırlar?

Cavab: Libero 
Sayılma meyarı: Yalnız dəqiq cavablar
Şərh: Bildiyiniz kimi əsasən voleybol və bir neçə fərqli idman növündə bütün komanda üzvləri eyni paltar geyinsə də, komandanın yalnız liberosu fərqli paltarda çıxış edir. Libero termini italyan dilindən azad kimi tərcümə olunur. Hekayənin qəhrəmanı yaxın zamanda azadlığa çıxacağından və fərqli geyindiyindən məhbuslar ona libero deyə müraciət etməyə başlayırlar.
Müəllif: Babək Qasımzadə


Sual №9: Bələdçi Rob Hol 1996-cı ildə zirvəyə çatdıqdan sonra, çılğın şəkildə sevinən Yasuko Nambaya əlləri ilə bunu göstərərək çətin işin öhdəsindən gəldiyini bildirməyə çalışırdı. Bəs geridə qoyduğumuz avqust ayında Robert Bauer bunu kimlərə ünvanlamışdı.

Cavab: Braziliyalı azarkeşlərə
Sayılma meyarı: Braziliyalı fanatlara, Braziliyalı futbolçulara
Şərh: 1996-cı ildə alpinist Yasuko Namba Everest zirvəsini də fəth etdikdən sonra çətin “Yeddi zirvə” tapşırığını tamamlamağı bacarmışdı. Bələdçi Rob Hol isə ona əlləri ilə yeddi rəqəmini göstərmişdi. 2016-cı ilin avqust ayında Rio yay olimpiya oyunlarında Almaniyalı futbolçu Robert Bauer finalda Braziliyaya 1-0 hesabı ilə məğlub olsa da, staionda olarkən Braziliyalı fanatlara əlləri ilə yedi rəqəmini göstərərək 2014-cü il DÇ-dakı ağır 7-1 hesablı məğlubiyyəti unutmamalarını bildirmək istəmişdi.
Müəllif: Babək Qasımzadə


Sual №10: Bu təsisatın əsasını 1997-ci ildə keçmiş polis işçisi Viktor Quşan qoymuşdu. Bir dəqiqədən sonra söhbətin nədən getdiyini tapın.

Cavab: Şerif futbol klubu
Sayılma meyarı: Şerif f/k və ya Şerif Tiraspol f/k
Şərh: Sualda keçmiş polis işçisi “Şerif”ə işarə idi. Viktor Quşanın adından isə onun slavyan mənşəli olduğunu tapmaq elə də çətin deyildi.
Müəllif: Babək Qasımzadə