Durğu işarələri haqqında 10 sual - Sualtap

Durğu işarələri haqqında 10 sual


"10 gözəl sual" - bu rubrikada ölkəmizdə Nə? Harada? Nə zaman?  intellektual oyununda səslənmiş suallar müxtəlif mövzu başlıqları altında sizə təqdim edilir. Bu dəfə müxtəlif vaxtlarda və müxtəlif müəlliflər tərəfindən durğu işarələri ilə əlaqədar yazılmış sualları görəcəksiniz. Əgər sizin yadınızda da belə suallar qalıbsa, aşağıdakı şərh qutusuna qeyd edə bilərsiniz...Bu da seçdiyimiz "10 sual"!



Sual №1: Bir dəfə Mikayıl Müşfiq zarafatla dostu olan yazıçı Əkrəm Cəfərə deyir: “Həsəd aparıram sənə, Əkrəm, adında bircə dənə də ALFA yoxdur.” Alfa ilə əvəzolunmuş sözü deyin

Cavab: nöqtə
Şərh: Mən adımın nöqtələrini düzənəcan əldən düşürəm- sitatın sonu. Bu sualla biz də paketin nöqtəsini qoyuruq. 
Mənbə: “Millətin zərrəsi” Rafael Hüseynov, səh 38.
Müəllif: Sultan Zahidov 



Sual №2: Kitablardan birində Sena çayının ortasında yerləşən Site adası İKSlə müqayisə olunur. Maraqlıdır ki, Şərqi Avropada baş vermiş hadisə ilə bağlı məqalənin başlığında "İKS ayırdı" sözlərinə rast gəlmək olar. İKSlə əvəz olunan sözü deyin.

Cavab: Defis
Şərh: Sena çayının mərkəzində yerləşən Site adası Senanın həm sağ, həm də sol sahilini birləşdirir. Bu zaman müəllif Site adasının sanki defis rolunu oynadığını bildirir. Sualın ikinci hissəsində isə Çexiya və Slovakiya arasında Çexoslovakiya adının yazılmasında yaranan "defis müharibəsi"ndən gedirdi. Çex dilində olan məqalənin adı "Defis müharibəsi: nə vaxtki defis ayırdı" adlanır. Birləşdirmə funksiyasını yerinə yetirən defis bu iki ölkəni ayırmışdır.
Müəllif: Toğrul Qurbanov



Sual №3: [aparıcı mətni uca səslə oxuyur, io dırnaqsız oxunur]
Orta əsrlərdə latın dilində yazılan mətnlərdə sevinc, fərəh, coşqunluğu ifadə etmək üçün müəlliflər “İo” sözündən istifadə edirdilər. Sonradan bu adətin nəyin əsasını qoyduğunu cavab kartlarınızda qeyd edin.

Cavab: !
Sayılma meyarı: nida işarəsi
Müəllif: Equilibrium komandası



Sual №4: 1844-cü ildə ABŞ prezident seçkilərində namizəd olmuş Anri Kley öz rəqibdən geri qalırdı. Siz isə Anri Kley öz səs sayını artırmaq üçün etdiyi dəyişikliyi bir hərf və bir simvolla cavab kartlarınıza yazın.

Cavab: O ’
Sayılma meyarı: O və apostrof  
Şərh:
Mənbə: Bildiyimiz kimi 1840-cı illərdə İrland aclığı baş vermişdi və bu səbəbdən Amerikaya kütləvi irland axını baş tuturdu. Kley də özünə verilən səsləri artırmaq və yeni gələnlərin səsini almaq üçün özünün əslində İrland əsilli olduğunu göstərmək istəyirdi.
Müəllif: Qorxmaz Aydınlı



Sual №5: Bir şair öləndən  ona qoyulacaq baş daşını xatırlayaraq deyir. İnsanlar mənim bütün ömrümü buna sığışdıracaqlar. Bunu bir sözlə yazın.

Cavab: tire
Şərh: Məlum olduğu kimi baş daşlarında doğum və ölüm tarixi, həmin tarixlərin arasında isə kiçik bir tire olur. Şair də bütün ömrünün bu tireyə sıxışdırılmasından narahatlığını dilə gətirir.
Mənbə: Bəxtiyar  Vahabzadə : Ədəbi düşüncələr kitabı
Müəllif: Surxay Əlizadə



Sual №6: [Aparıcı üçün qeyd: "Qısa fasilədən sonra oyunumuza davam edəcəyik" sözləri sualdan əvvəl vurğulansın.]
Yazıçı Vladimir Nabokovun qəhrəmanı bir qıvrımsaç personaja baxarkən, sanki minlərlə X görür. X-in fransız mənşəli söz olduğunu bilərək, yazın.

Cavab: Vergül
Sayılma meyarı: Yalnız dəqiq cavablar
Şərh: Qıvrım saçlar personaja çoxlu vergül işarələri kimi gəlmişdi. Hələki oynumuza vergül qoyub, fasilədən sonar davam edəcəyik.
Müəllif: Ruslan Məmmədov



Sual №7: Əslində ilkin olaraq X-in istifadəsi dilçilər tərəfindən “And by itself and” kimi təklif olunurdu. Lakin dil istifadəçiləri tərəfindən ortadakı iki söz latınlaşdırıldı və beləliklə də X sadələşdirildi. Maraqlıdır ki, Kanadada yerləşən 27 X adlı restoranın menyusunda bütün yeməklər qarnirlə təqdim olunur. X-i bir sözlə deyin.

Cavab: Ampersand
Şərh: İlk yarandığı dövrdə “And by itself and” kimi təqdim olunan ingilis dilinin 27-ci hərfi Apmersand sonradan latınlaşdırılaraq, əvvəlcə “And per se And” formasına, sonradan bizim tanıdığımız formaya düşdü. 27 Ampersand restoranının menyusunda yeməklərin hamısı X və Y formasında qeyd edilmişdir ki, menyuda dəfələrlə Ampersand işarəsindən istifadə olunsun.
Mənbə: http://nowiknow.com/and-the-27th-letter-of-the-alphabet/ , http://ampersand27.com/
Müəllif: Türyan Məmmədov




Sual №8: Sual müəllifinin tapmacasına qulaq asın:
“Açılanda kədərlənir, bağlananda gülür.” Tapmacanın cavabını tapın.

Cavab: Mötərizə.
Şərh:  Söhbət “smile”lardan gedir. Mötərizə açılanda ağlayan smayl, bağlananda isə gülən smayl alınır.
Müəllif: Asim İbrahimli.



Sual №9:Duplet: 
[Aparıcı üçün qeyd: Komandalar cavabları onlara paylanan cavab kartlarında yazmalıdırlar. Hər cavab bir cavab kartına yazılacaq. ]
1) Bir verilişin aparıcısı zarafatla çox nadir rast gəlinən astat elementinin kütləvi istifadəsini BUnunla əlaqələndirir. BUnu bir simvolla cavab kartınıza yazın.
2) Erkən müasir ingilis dilində bundan ilk dəfə vasitəsiz nitqi ifadə etmək üçün istifadə olunmuşdur. Bunu bir simvolla cavab kartınıza yazın.

Cavab: 1) @  (ət işarəsi)
              2) ""  (dırnaq işarəsi)
Şərh: 1) Astat elementinin kimyəvi simvolu At-dır, aparıcı At və @ işarələri arasında bağlantı yaradaraq astatın əslində çox istifadə edildiyini deyir. 
     2) Hal-hazırda dilimizdə də vasitəsiz nitqi və xüsusi isimləri ifadə etmək üçün isə dırnaq işarəsindən istifadə olunur.
Cavabların bir-birinə bitişik olan ayrı-ayrı cavab kartlarında istənməsi isə Azərbaycan məsəlində işlədilən “ət dırnaqdan ayrılmaz” ifadəsinə işarə idi.
Müəllif: Hikmət Əliyev.



Sual №10: Həmid Herisçi Paradoks haqqında yazarkən qeyd edib:

Paradoks olan yerdə məntiq, dialektika bitir, insan zəkasının girə bilməyəcəyi bir qüvvə bizləri öz əmrinə tabe edir, son nəticədə, dialektika özünüinkara yuvarlanaraq, öz ardınca bir deyil, bitməmiş fikir qoymaq məcburiyyətində qalır.

Diqqət sual: Bitməmiş fikirlə əvəz olunmuşu tapdınızsa, onu cavab kartlarınızda təsvir edin.

Cavab: ...
Sayılma meyarı: üç nöqtə
Şərh: Özünün “Konspiroloq” əsərində Həmid Herisçi paradoks haqqında belə yazıb: “Dialektika özünüinkara yuvarlanaraq, öz ardınca bir deyil, üç nöqtə qoymaq məcburiyyətində qalır.” Bununla da bu günkü oyunumuzun I Turu başa çatsa da, biz turnizimizə bir yox, üç nöqtə qoyuruq.
Mənbə: Həmid Hersiçi “Konspiroloq” əsəri
Müəllif: Şəhriyar Əliyev