Futbol terminləri haqqında 10 sual - Sualtap

Futbol terminləri haqqında 10 sual

"10" gözəl sualda bu dəfə futbol terminlərindən ibarət 10-luğu oxuyacaqsınız. Futbol haqqında biliklərinizi yoxlamaq və əla düşünülmüş sualları görmək üçün buyurun!

Sual №1: Uorren Bittinin filminin qəhrəmanı kommunistlərin iclasına nə qədər qəribə olsa da bu olmadan daxil ola bilməzdi.Kenə X-i yaratmaq haqqında ideya tıxacda olarkən gəlmişdi.
X-i 2 sözlə deyin.

Cavab: Qırmızı kart
Sayılma meyarı: Yalnız dəqiq cavablar
Şərh: Hakim Ken Aston qırmızı kartı yaratmaq ideyası tıxacda olarkən gəlmişdi.
Mənbə: http://en.wikipedia.org/wiki/Penalty_card
Müəllif: Xəyal Məmmədov


Sual №2: Alfred Xiçkokun qəhrəmanı onu öldürmək istəyən muzdlu qatili bir X-lə qətlə yetirir. Çimərlik futbolunun qaydalarına görə X-i yerinə yetirən futbolçuya mane olmaq olmaz. Bir dəqiqədən sonra X-i iki sözlə cavab kartınıza yazın.

Cavab: Qayçı zərbəsi.
Sayılma meyarı: Dəqiq cavab.
Şərh: “Qətl halında “M” yığın” (Dial M for Murder) filminin qəhrəmanı Marqo onu boğaraq öldürmək istəyən qatildən müdafiə olunarkən, onu bir qayçı zərbəsi endirir və qətlə yetirir. Çimərlik futbolunda isə qayçı zərbəsini yerinə yetirən futbolçuya mane olmaq müvafiq cəzayla nəticələnir.
Mənbə: 1) http://www.fifa.com/mm/document/affederation/generic/51/44/62/lotg_bswc_en_0626_56333.pdf
               2) “Dial M for murder” filmi.
Müəllif: Asim İbrahimli


Sual №3: 2009-cu ildə keçirilən US Open turnirində Xuan Martin del Potro ilə Roje Federer qarşılaşırdı. Setlərdə 1-2 hesabı ilə Federer öndə olsa da, 3-2 hesabı ilə Del Potro qalib gəlir. Lakin rəqibinə hörmətlə yanaşan Del Potro, Federeri də çempion hesab edərək deyir ki, “oyunun ortasında o 1-2 hesabı ilə qabaqda idi və mən onu x-i qazanmış kimi hesab edirəm. Sonda isə 3-2 hesabı ilə mən də y-i qazandım”. X və y-i əcnəbi sözlərlə deyin.

Cavab: Apertura və Klausura
Sayılma meyarı: Yalnız dəqiq cavablar
Şərh: Xuan Martin del Potro Argentinalı raketka ustasıdır. 2009-cu ildə US Openi qazansa belə rəqibi Federeri də çempion adlandırmışdı. 1991-2012-ci illər arasında Argentina futbol liqasında sistemə görə il ərzində iki çempion müəyyənləşirdi. Mövsümün açılışından ortasına qədər olan hissə “Apertura”, ortadan sona qədər olan hissə isə “Klausura” adlanır.
Müəllif: Babək Qasımzadə


Sual №4: 

Sizin qarşınızda 1948-ci ildə doğulan bir avropalı idmançının imzasıdır.Onun soyadını tapın.

Cavab: Panenka
Şərh:Məşhur penalti vurma üsulunun yaradıcısının qolu da zərbələri kimidir.
Müəllif: Dmitri Vaytoviç


Sual №5: Bir yumoristik fransız filmində baş qəhrəman bir şəhərdən digərinə gedərkən qəflətən geri qayıtmasını dostuna bunu etdiyini deyərək şərh verir. Qəribə də olsa, bunu ilk dəfə Zidanın deyil, Maradonanın etdiyi barədə fikirlər də var. Bunu 2-ci növ təyini söz birləşməsilə ifadə edin. 

Cavab: Marsel dönüşü
Sayılma meyarı:  dəqiq cavab
Şərh:Qəhrəman həqiqi mənada Marseldən geri qayıdır və ifadəni işlədir. Futbolda isə nə qədər maraqlı olsa da Marsel dönüşünü ilk dəfə Maradonanın etdiyi hesab edilir.
Mənbə: http://films.imhonet.ru/element/1107586/movie-online/
              http://en.wikipedia.org/wiki/Marseille_turn
Müəllif: Urfan Orucov


Sual №6: Duplet:
1)Bir yuxuyozmaya görə,yuxuda orada gəzmək xoşbəxt və uğurlu həyat anlamına gəlir.Söhbətin nədən getdiyini 2 sözlə ifadə edin.

2)profile.ru saytında britaniyalıların bir məşğuliyyətindən bəhs edən məqalə "ONUN cəngavərləri" adlanır.ONU iki sözlə ifadə edin.

Cavab: 1.Hamar meydan  2.Yumru top
Şərh: Məqalə britaniyalıların futbola olan marağından bəhs edirdi.Bu oyunda hər kəs qalib gələ bilər,meydan hamardır,top da yumrudur.
Müəllif: Maksim Tsurkov


Sual №7:

Mortal Kombat oyununda Kunq Laonun gördüyünüz fataliti fəndi İKS adlanır. Müəyyən idman sahəsi üzrə keçirilən Dünya Çempionatları tarixində ilk İKS Hindistanlı Cetan Çarmaya məxsusdur. İKSlə əvəz etdiyimiz iki ingilis sözünü tapın.

Cavab: Hat trick
Şərh:Kunq Lao fatalitini papağı ilə etdiyi fəndlə yerinə yetirir. “Papaq” – “hat” , “fənd” isə “trick” deməkdir. Sualın ikinci hissəsində isə söhbət kriket oyunundan gedirdi. Hat trick termini ilk dəfə kriket oyununda işlənib. Hat trick sözü həm defislə həm də ayrı yazılır (Məsələn, Kembric lüğətinə əsasən “hat trick” ayrı yazılır).
Mənbə: https://www.youtube.com/watch?v=Uyj9bNAHavg
http://en.wikipedia.org/wiki/List_of_Cricket_World_Cup_records
Cambridge Advanced Learner`s Dictionary, hat trick

Müəllif: Emin Məsimli


Sual №8: 
                                                         Wembley-Tor
Futbolda vurulan qola almanlar tor deyir. Gördüyünüz termin neçənci ildə yaranıb?

Cavab: 1966
Sayılma meyarı: dəqiq cavablar
Şərh:1966-cı il futbol üzrə dünya çempionatının finalında Almaniya-İngiltərə arasında oyunda vurulan qol uzunmüddət mübahisə yaratmışdı. Nəticə ilə razılaşmayan almanlar hələ də mübahisəli qollara “Uembli-tor” deyirlər.
Müəllif: Elmidar Süleymansoy



Sual №9: Xəzər-Lənkəran klubunun fanklublarından biri X adını daşıyır. X karyerasında cəmi 103 qarşılaşmaya çıxıb. X-i bir sözlə yazın.

Cavab: Bosman
Sayılma meyarı: Yalnız dəqiq cavablar
Şərh: Bildiyiniz kimi Xəzər-Lənkəran klubunun loqosunda lövbər təsviri vardır. Fanklub isə öz adını təbii olaraq gəmiçiliklə birbaşa bağlantılı olan bir sözlə adlandırmalı idi. X-in karyerasında belə az oyuna çıxmasının səbəbi isə yaşadığı problemlər idi. Fanklub Bosman adını daşıyırdı. Bosman isə keçən marafondan məlum olduğu kimi UEFA ilə qalmaqal yaşayaraq futbolçu karyerasını erkən bitirməli olmuşdu.
Müəllif: Babək Qasımzadə


Sual №10: İranlı rejissor Cəfər Pənahiyə film çəkmək qadağan edilsə də, o film çəkməkdə davam edir və sual müəllifi bu vəziyyəti İKS adlandırır. Cəfər Pənahinin İKS adlı filmində bir qrup qızın stadiona daxil olmağa çalışdığını bilərək İKS-i ingilis mənşəli bir sözlə yazın.

Cavab: ofsayd
Sayılma meyarı: offside
Şərh: Film hətta originalda da "Offside" adlanır. Sual müəllifinin fikrincə, rejissor özü də ofsayddadır. “Vəziyyət” sözü də kömək etməli idi. İranda qadınlara kişi futboluna baxmaq qadağandır.
Müəllif: Fuad Eminov