I Marafon turniri - Səid Əsəd Canıyev - VI tur - 31.10.2015 - Sualtap

I Marafon turniri - Səid Əsəd Canıyev - VI tur - 31.10.2015

Ümumilikdə 300 sualın səsləndiyi və təqribən 18 saat davam edən Marafon turnirlərindən ilki.
Müəllif: Səid Əsəd Canıyev
Qeyd: Səid Canıyev turnirdə iki tur müəllifi idi. Aşağıdakı suallar VI turun suallarıdır. Digər aparıcı olduğu tur XVI turdur.


Sual №1: Diqqət ilk sual:
2000-ci ildə ekranlara çıxmış “Lujinin müdafiəsi” filmi, təcrübəli rejissor Marlen Qorris üçün heç də X deyildi. X-ın açıq,qapalı və yarımaçıq növlərinin olduğunu bilərək, onu bir xarici sözlə yazın.

Cavab: Debüt
Sayılma meyarı: Dəqiq cavab
Şərh: Debütla tura başladıq.
Mənbə: 1. https://ru.wikipedia.org/wiki/%D0%97%D0%B0%D1%89%D0%B8%D1%82%D0%B0_%D0%9B%D1%83%D0%B6%D0%B8%D0%BD%D0%B0_(%D1%84%D0%B8%D0%BB%D1%8C%D0%BC)
2. http://chessvip.ru/index.php/uroki/debutyMüəllif: Səid Əsəd Caniyev


Sual №2:Salvador Daliyə həsr edilmiş buraxlışların birində , Elis Kuper qeyd edirki, əsərlərin sərgilənməsi, satılması və digər mühüm işlərin hamısınıQala həyata keçirirdi, Dali isə sadəcə onları çəkirdi. Bu zaman Qala X-la müqayisə olunur. Lekler Dyu Tremble tarixdə ilk X hesab olunur. X-ı iki sözlə cavab kartlarınıza yazın.

Cavab: Boz kardinal
Sayılma meyarı: Dəqiq cavab
Şərh: Dalinin sadəcə üzdə görünməsi lakin əsas işlərin Qala tərəfindən görülməsindən danışan Kuper onu Boz Kardinal adlandırır, Lekler dyu Tremble tarixdə ilk Boz Kardinal kimi tarixə düşüb.
Mənbə: https://www.youtube.com/watch?v=ZpU7pGIU5Z8
Müəllif: Səid Əsəd Caniyev 


Sual №3: Rekvizit:













Qarşınızda gördüyünüz 1863-cü ildə çəkilmiş " Gəmi qəzası ilə aylı gecə" rəsm əsəridir. 1 dəqiqə sonra müəllifin adını və soyadını cavab kartlarınıza yazın. 

Cavab: İvan Ayvazovskiy 
Sayılma meyarı: Dəqiq cavab 
Şərh: Bu rəssam digər bir gəmi qəzası müşayət olunan " Doqquzuncu dalğa" əsərinə işarə idi. Gördüyünüz kimi şəkillərin üslubu çox oxşardır. 
Mənbə: https://ru.m.wikipedia.org/wiki/Айвазовский,_Иван_Константинович
Müəllif: Səid Əsəd Caniyev


Sual №4: XIX əsrin 2-ci yarısında, Con, yağışlı havanın daha az olduğu qərbə köçərək, burada "The Boss of Plains" ( хозяин равнин) adlı şirkətini qurur. Belə güman edilirki, o öz yaratdığında meksikalı əhalinin "kölgəsin" dən də ilhamlanmışdır. Conun soyadını deyin. 

Cavab: Stetson 
Sayılma meyarı: Dəqiq cavab 
Şərh: Con Stetson məhşur Kavboy papaqları olan Stetsonların yaradıcısıdır.Meksikanın İspan dilli olması sizə Kölgə sözünün İspanca Sombrero olmağına kömək etməli idi. Belə güman olunur ki, Stetson öz papaqlarını məhz əhalinin Sombrerosunu gördükdən sonra yaradıb. 
Mənbə: http://buckleshop.ru/kovboyskaya-shlyapa-cowboy-hat.-i
Müəllif: Səid Əsəd Caniyev 


Sual №5: 5-ci sual. Meri O'Heyr kitabın sujeti haqqında eşidəndə çox məyus oldu. O istəmirdi ki, kimsə günahsız körpələrin ölümünü görsün. Müəllifə etirazı zamanı o bildirdi ki, gəkəcəkdə Hollivud ulduzları bu səhnələri elə bir zövqlə oynayacaqlar ki, insanlar müharibə etmək istəyəcəklər. Cavab kartlarınıza müəllifin bu dialoqdan sonra, kitabın adına etdiyi əlavəni maksimal dəqiqliklə yazın. 

Cavab: "Uşaqların səlib yürüşü" 
Sayılma meyarı: Dəqiq cavab 
Şərh: Kurt Vonnequt silahdaşının həyat yoldaşı ilə söhbətindən sonra müharibədə uşaqların mübarizəsini əks etdirəcəyini və heç bir Hollivud ulduzunun bu roldan zövq almayacağını bildirərək , "5 nömrəli sallaqxana" əsərinə "Uşaqların səlib yürüşü" adını da əlavə edir. Sualın nömrəsi bir növ kömək idi. 
Mənbə: https://ru.m.wikipedia.org/wiki/Бойня_номер_пять,_или_Крестовый_поход_детей
Müəllif: Səid Əsəd Caniyev


Sual №6: XX əsrin əvvələrində yazılmış bir operanın süjet xəttinin sonunda ,ABŞda qeydə alınmış nigah okeanın digər tərəfində bir suitsidlə nəticələnmişdir. Bu operanın müəllifini cavab kartlarınıza yazın. 

Cavab: Cakomo Puççini 
Sayılma meyarı: Soyad
Şərh: Sualda söhbət "Çio-Çio-San" operasından gedirdi, gördüyünüz kimi sualın mətni Kəpənək effektinə uyğun yazılıb , bu da operanın digər adı olan "Madam Butterfly"-a işarə idi. 
Mənbə: https://ru.m.wikipedia.org/wiki/Мадам_Баттерфляй
Müəllif: Səid Əsəd Caniyev 


Sual №7: 1885-ci ildə Rusiya İmperiyasında doğulmuş bir şəxs, müxtəlif illərdə Polşada səfir, Vyanada rus kəşfiyyatında və Sovet Xalq Komissarlığında müxtəlif vəzifələrdə çalışmışdır. Mixail Afanasiyeviç Bulqakovla onun tanış olub-olmadığını deyə bilmərik. Siz bu şəxsin adını və ata adını cavab kartlarınıza yazın. 

Cavab: İvan, Vasiliy 
Sayılma meyarı: Dəqiq cavab 
Şərh: Gördüyünüz kimi " İvan Vasilyeviç peşəsini tez-tez dəyişib" 
Mənbə: https://ru.m.wikipedia.org/wiki/Иван_Васильевич_(пьеса)https://ru.m.wikipedia.org/wiki/%D0%97%D0%B0%D0%BF%D0%BE%D1%80%D0%BE%D0%B6%D0%B5%D1%86,_%D0%98%D0%B2%D0%B0%D0%BD_%D0%92%D0%B0%D1%81%D0%B8%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87
Müəllif: Səid Əsəd Caniyev 


Sual №8: Detroit Red Wings hokkey komandasının logosunda X-a birləşmiş iki qırmızı qanadı görmək olar. Arturun qələminin məhsulu olan X-lar əsərində hadisələr Detroitdə cərəyan edir. X bir sözlə cavab kartlarınıza yazın. 

Cavab: Təkər 
Sayılma meyarı: İstənilən dildə dəqiq cavablar 
Şərh: Avtomobil paytaxtı olan Detroit şəhərinin təmsilçisinin logosunda Təkər'i görmək olar, hadisələri Detroitdə cərəyan edən "Təkərlər" adlı əsər Artur Heyliyə məxsusdur. 
Mənbə: https://ru.m.wikipedia.org/wiki/Детройт_Ред_Уингз
Müəllif: Səid Əsəd Caniyev


Sual №9: Orta əsrlər inanclarına görə, hansı mifoloji varlıq, xoruzun ilanın yumurtasını oğurlayaraq qurbağanın himayəsinə verməsindən sonra yaranıb. 

Cavab: Vasilisk 
Sayılma meyarı: Dəqiq cavab 
Şərh: Mifologiyada, Vasilisk xoruz başlı, qurbağa bədənli və ilan quyruqludur 
Mənbə: https://ru.m.wikipedia.org/wiki/Василиск
Müəllif: Səid Əsəd Caniyev 


Sual №10: SSRİ-nin bir sıra xarici ölkələrdə səfiri olmuş Rostislav Sergeyev qeyd edir ki, bu şəxsin diplomatik şüarı "10 il danışıqlar aparmaq , 1 gün müharibə etməkdən daha yaxşıdır" İdi. Həmin şəxsin qərbdəki ləqəbini cavab kartlarınıza yazın. 

Cavab: Mister No 
Sayılma meyarı: cənab yox, мистер нет 
Şərh: Şüardan da anladığınız kimi bu şəxs təklif edilən məsələ ilə bağlı dərhal razılıq vermirdi, və buna görə də digər ölkələrdən olan həmkarları Andrey Qromıkoya "Mister No" ləqəbini vermişdilər. 
Mənbə: https://ru.m.wikipedia.org/wiki/Громыко,_Андрей_Андреевич
Müəllif: Səid Əsəd Caniyev 


Sual №11: Marmotlar X-dan qorxduğundan xalq inanclarına görə havanın isti olmağı üçün hər il fevralın 2-si günəşsiz keçməlidir. E.ə 346 ildə X-dan qorxduğu üçün öz sahibinə müqavimət göstərənin adını cavab kartlarınıza yazın. 

Cavab: Butsefal 
Sayılma meyarı: Dəqiq cavab 
Şərh: Marmot öz kölgəsindən qorxduğu üçün günəşli havada öz yuvasından çıxmır və xalq inanclarına görə 6 həftə soyuq keçəcək, e.ə 346-cı ildə Butsefal öz kölgəsindən qorxduğu üçün Makedoniyalı İsgəndərə müqavimət göstərmişdir. 
Mənbə: https://ru.m.wikipedia.org/wiki/%D0%94%D0%B5%D0%BD%D1%8C_%D1%81%D1%83%D1%80%D0%BA%D0%B0https://ru.m.wikipedia.org/wiki/Буцефал
Müəllif: Səid Əsəd Caniyev 


Sual №12: Rekvizit:










Qarşınızda gördüyünüz abidədə gizlətdiyimiz şəxsin kim olduğunu deyin. 

Cavab: Rembrant van Reyn 
Sayılma meyarı: Dəqiq cavab 
Şərh: Gördüyünüz abidə, Amsterdamın mərkəzi meydanlarının birində ucaldılıb. Şəklə diqqətlə baxsanız "Gecə gözətçisi" rəsm əsərinin personajlarını görə bilərsiniz. 
Mənbə: https://ru.m.wikipedia.org/wiki/Рембрандт
Müəllif: Səid Əsəd Caniyev 


Sual №13: Dövlət və ya hansısa şirkət tərəfindən kobud şəkildə əhalinin şəxsi həyatına müdaxiləyə görə verilən, 1998-də təsis edilmiş mükafat, məhz bu personajın adını daşıyır. Kimin?

Cavab: Böyük qardaş 
Sayılma meyarı: Dəqiq cavab 
Şərh: Əhalinin şəxsi həyatını İZLƏYƏN mükafatın bu adı daşıması heç də qəribə deyil.
Mənbə:  https://ru.m.wikipedia.org/wiki/Премия_Большого_Брата
Müəllif: Səid Əsəd Caniyev 


Sual №14: Nə qədər qəribə olsa da , 11 avqust 1983 cü ildə doğulmuş Kris , Marvel istehsalı olan filmldə Yupiter rolunu oynamışdı. Eşitdiyiniz cümlədə bir söz əvəz olunub. Krisin həftənin hansı günü anadan olduğunu deyin. 

Cavab: Cümə axşamı 
Sayılma meyarı: 4-cü gün
Şərh:11 avqust 1983-cü ildə dünyaya gəlmiş Kris Hemsvort , "Qisasçılar" filmində Tor rolunu oynayır , bildiyiniz kimi ingilis dilində Cümə axşamı , "Thursday" sözü Torun günü kimi tərcümə olunur. Cümə axşamı roman dillərində Yupiterin günü kimi tərcümə olunur.
Mənbə: https://ru.m.wikipedia.org/wiki/Хемсворт,_Крисhttps://en.m.wikipedia.org/wiki/Thursdayhttp://calendar.yuretz.ru/1983
Müəllif: Səid Əsəd Caniyev 


Sual №15: Th quick brown fox jumps ovr th lazy dog
Qarşınızda gördüyünüz ifadə ingilis dilində ən məhşur X-dır. X-a air vikipediya məqaləsində 1936-cı , Paris doğumlu kimin adı çəkilir?

Cavab: Jorj Perek
Sayılma meyarı: Dəqiq cavab
Şərh: Gördüyünüz ifadə ingilis dilində bütün hərflərin istifadə olunduğu yeganə panqrammdı, “e” hərflərinin üstündən xətt çəkilib. Jorj Perek progressiv lipoqrammadan istifadə etməklə yeganə belə olan əsərin müəllifidir.
Mənbə: https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B8%D0%BF%D0%BE%D0%B3%D1%80%D0%B0%D0%BC%D0%BC%D0%B0
Müəllif: Səid Əsəd Caniyev