I Marafon turniri - Farid Nəsirulla - VIII tur - 31.10.2015 - Sualtap

I Marafon turniri - Farid Nəsirulla - VIII tur - 31.10.2015

Ümumilikdə 300 sualın səsləndiyi və təqribən 18 saat davam edən Marafon turnirlərindən ilki.
Müəllif: Farid Nəsirulla
Qeyd: Farid Nəsirulla turnirdə iki tur müəllifi idi. Aşağıdakı suallar VIII turun suallarıdır. Digər aparıcı olduğu tur XX turdur.


Sual №1: Jurnalist Leri Klemens məqaləsində çaylardan içməli su kimi istifadə edilməsində midiyaların rolundan danışır. Belə ki əgər çayda olan midiyalar sağlamdırsa oranın suyundan istifadə etmək olar. Bir dəqiqə ərzində Klemensin midiyaları nəyə bənzətdiyini cavab kartlarınıza yazın. 

Cavab: Şaxta bülbülü 
Şərh: Şaxtalarda zəhərli qazın olub olmadığı bülbüllər vasitəsi ilə başa düşülür. Əgər bülbül ölürsə deməli orda zəhərli qaz var. Çaylardan içməli su kimi istifadə edilməsi zamanı isə çaydakı midiyalara baxılır. Əgər midiyalar sağlamdırsa həminnsuyun çayından içməli kimi istifadə edilir.
Müəllif: Farid Nəsirulla


Sual №2: Məhəmməd Əsəd Bəy "Şərqdə neft və qan" kitabında qeyd edirki onlara süngü və qılıncla döyükməkdən əlavə dişləri ilə düşmənin boğazını üzməkdə öyrədilirdi. Kimlərə? 

Cavab: Vəhşi diviziya 
Müəllif: Farid Nəsirulla


Sual №3: Antonio Salyerinin Motsartı zəhərlədiyi haqqında yazılı etiraflarına ilk dəfə "Söhbət dəftərlərində" rast gəlinir. Bu dəftərlərin kimə məxsus olduğunu cavab kartlarınıza yazın. 

Cavab: Ludviq Van Bethoven kar olduğundan ətrafdakı insanlarla söhbət zamanı dəftərdən istifadə edirdi. Belə ki söhbət dəftəri adı verilmiş bu dəftərlərdə həmsöhbəti yazır o isə oxuduqdan sonra cavablayaraq söhbətinə davam edirdi. Antoniyo Salyerinində söhbətlərinin birində dəftərə yazdığı sözlər sonradan məşhur hadisədə adının hallanmasına səbəbkar olmuşdu
Müəllif: Farid Nəsirulla


Sual №4: 1891ci ildə doğulmuş Bu şəxsin cənazəsi üçün təbii gül tapılmadığından ailəsi suni güllərdən istifadə etməli olmuşdu. Kimin? 

Cavab: Sergey Prokofyev 
Sayılma meyarı: soyad üzrə
Şərh: 1953cu ilin mart ayının 5də vəfat etmiş bəstəkar Sergey Prokofyevin vəfat günü İosif Stalinlə eyni günə təsadüf etmişdi. Həmin gün vəfat etmiş İosif Stalinin cənazəsi üçün Moskavadakı bütün gül dükanları bağlanılmış və məcburiyyətdən ailəsi dəfn üçün süni güllərdən istifadə etməli olmuşdu. 
Müəllif: Farid Nəsirulla


Sual №5: Bir əsərin personajın kimliyi haqqında fikir yürüdən şəhər sakinləri onun polislərdən gizlənməyə çalışan cinayətkar, dəri xəstəliyinə yoluxmuş xəstə olduğu versiyalarını irəli sürürdülər. Həmin əsərin adını cavab kartlarınıza yazın. 

Cavab: Görünməz adam 
Şərh: Herbert Uellsin Görünməz adam əsərinin qəhrəmanı görünməz olduğundan şəhərdə gəzərkən özünü bütün bədənini sarğılarla bağlayırdı. Sarğılarla gəzən insan görən yerli əhali isə onun ya polislərdən gizlənməyə çalışdığınıda ya da dəri xəstəliyinə tutulduğunu irəli sürürdülər. 
Müəllif: Farid Nəsirulla


Sual №6: Rekvizit:




Siz rekviztdə "Peruca" şəhərinin "uca" şəkilini görürsünüz. Peruca və uca sözləri ilə əvəz edilmiş iki sözü cavab kartlariniza yazın. 

Cavab: Rimini ve mini 
Şərh: Dilimizdə uca sözü böyük sözü ilə sinonim olduğundan yaxın mənaları ifadə edir. Gördüyünüz kimi rekvzit çox balaca ölçülərdədi. Sizə verilmiş rekvizitdə siz Perucanın uca yox Riminin mini şəkillərin görürsünüz. Rimini və Peruca hər ikisi İtalya şəhəridir. 
Müəllif: Farid Nəsirulla


Sual №7: Hansı musiqi əsərinin səhnələşdirilməsi zamanı musiqiçilərin aclıqdan titrəməsi ifa üçün problem yaratmışdı. 

Cavab: Leninqrad simfoniyası 
Sayılma meyarı: 7-ci simfoniya
Şərh: Leninqrad şəhəri blokadada olduğu üçün şəhərdə Böyük Vətən müharibəsi zamanı aclıq hökm sürürdü. Şostokoviçin Leninqrad simfoniyasını şəhərdə ilk dəfə səhnələşdirəcək olan musiqiçilƏrin aclıqdan titrəməsi ifaya problem yaratmışdı. 
Müəllif: Farid Nəsirulla


Sual №8: 19-cu əsrdə Anatomiya qadağasının olduğu dövrlərdə İngiltərədə həkimlər gizli yollarla cəsədlər əldə edir onların üzərində müxtəlif əməliyyatlar aparırdılar. Bir versiyaya görə bu hadisələrin hansı ifadənin yaranmasına səbəbkar olduğunu cavab kartlarınıza yazın.

Cavab: Dolabda skelet 
Şərh: O dövrdə qadağa hökm sürdüyündən və bunun bilinəcəyi təqdirdə rüsvayçılıq olacağından əsasən belə cəsədləri həkimlər evlərində divar arasında düzəltdikəri müxtəlif gizli dolablarda saxlıyırdılar. Və sonradan bu ifadə bir şəxsin hər kəsdən gizli olan və bilindiyi halda rüsvayçılıqla nəticələnəcək sirrləri haqqında işlədilçəyə başlanılıb. 
Müəllif: Farid Nəsirulla


Sual №9: Jorj Danton nitqlərinin birində Fransa inqilabının əsas simalarının inqilab tərəfindən edam edilməsinə qəzəblənərək inqilabı Ona bənzədir. Onun 19-cu əsrin birinci yarısına aid əsərin personajlarından biri olduğunu bilərək cavab kartlarınıza yazın. 

Cavab: Saturn 
Sayılma meyarı: Xronos
Şərh: Fransa inqilabını Saturna bənzədən Danton İnqilabın öz balalarını yediyini qeyd edir. Saturnun balalarını yeməsi Fransisko Qoya ən məşhur rəsmlərindən biridir. 
Müəllif: Farid Nəsirulla


Sual №10: 19-cu esre aid menbede onun uzun ətəklərin yerə toxunmaması üçün istifadə edilən kamerger xidmətindəndə istifadə etdiyi qeyd olunur. Onun kim olduğunu bir sözlə deyin? 

Cavab: Kral 
Şərh: Kamerger xidməti bildiyimiz kimi libasların yerə toxunmaması üçün istifadə edilir. Nə qədər qəribə səslənsədə H.K.Andersenin Kralın yeni libası hekayəsinin qəhrəmanı Kral Lüt olsada kamerger xidmətindəndə istifadə etmişdi. 
Müəllif: Farid Nəsirulla


Sual №11: Rekvizit








Rekviztdə siz Edvard Abbeyin onlardan təsirlənərək qələmə aldığı əsərinin üz qabığını görürsünüz. Sənayə inqilabı dövründə fəaliyyətə başlayan onlar işsiz və kasıb təbəqə tərəfindən Robin Hudun dəstəsinə bənzədilirdi. Onları cavab kartlarınıza yazın. 

Cavab: Ludistlər 
Şərh: İngiltərədə sənayə inqilabı dövründə artıq əl əməyindən istifadə olunmurdu və işçilərinin yerini maşınlar tutmuşdu, kütləvi halda işsizlik hökm sürürdü. Bu hadisəyə etiraz olaraq qurulmuş ludistlər adı verilmiş dəstələr iş yerlərinə daxil olaraq arabaları sındırır və yenidən işçi əməyinə ehiyacın yaranmasına çalışırdılar. Edward Abbeyin romanındada işçilər onların yerini əvəz edən arabanı sındırırlar. 
Müəllif: Farid Nəsirulla


Sual №12: Duplet!

1. Bir neçə il əvvəl auksionlarin birində 1800ci ilə aid X təqribın 5 milyon avroya yaxin qiymətə satın alınmışdı. X-i biri xüsusi olmaqla iki sözlə cavab kartınıza yazaraq duplete başlayın.

2. Kitabların birində müəllif Y-ın toxunduğu hər bir səhifənin Fransa ədəbiyyatında silinməz izlər qoyduğunu qeyd edir. Y-i biri xüsusi olmaqla iki sözlə cavab kartınıza yazaraq dupleti tamamliyin. 


Cavab: 1. Napoleonun qilinci
             2. Balzakın qələmi
Şərh: Birinci sualda söhbət auksionda satılmış 1800-cü ilə aid Napoleon Bonopartın qılıncından, dupletin ikinci sualında isə Balzakın qələmindən gedirdi. Siz Napaleonun qılıncı ilə başladığınız dupleti Balzakın qələmi ilə tamamladınız. Eynən Balzaka aid məşhur sitatda deyildiyi kimi "Napoleonun qılıncı ilə başladığını mən qələmim ilə tamamlıyacam." 
Müəllif: Farid Nəsirulla


Sual №13: Görüşün isti avqust ayında baş verməsinə baxmayaraq O həmsöhbəti ilə görüşə uzun ve geniş ciblərə malik olan plaş geyinərək gəlmişdi. 1913cu ilde doğulmuş bu şexsin kim olduğunu cavab kartlarınıza yazın. 

Cavab: Ramon Merkader 
Şərh: Bildiyimiz kimi plaş əsasən nisbətən soyuq havalarda istifadə edilən geyimlərdəndir. Lev Davidoviç Trotskiyə öz məqaləsini gətirmiş Ramon Merkaderdə yay olmasına baxmayaraq o plaş geyinmişdi, cünki uzun və geniş ciblər Merkaderə buz baltasın rahatlıqla gizlətməyə imkan yaratmışdı. 
Müəllif: Farid Nəsirulla


Sual №14: 1996-cı ildə Sofiyada baş vermiş bu hadisə zamanı ölkə sankinləri əllərində 59 yaşlı Simeonun şəkilləri olan bannerlər və şüarlarla Sofiya aeroportunun önünə yığışmışdılar. Hal hazırda Marafon turnirindədə bu hadisə baş verir. Bu hadisəni cavab kartlarınıza yazın. 

Cavab: Kralın qayıdışı 
Şərh: İkinçi dünya müharibəsi ərəfəsində hələ az yaşlı olarkən taxta çıxmış lakin müharibə vaxtı ölkədən qaçmağa məcbur olmuşdu. Uzun müddət İspaniyada yaşadıqdan sonra ölkəyə qayıtmışdı. Marafon turnirindədə belə demək olarsa bir neçə sualdan sonra Kralın qayıdışı baş tutur. 
Müəllif: Farid Nəsirulla


Sual №15: 2000-ci ildə dabanında baş vermiş problem səbəbi ilə o bir müddət ənənəsini pozmalı olmuşdu. Kim?

Cavab: Sezariya Evora 
Şərh: Bildiyimiz kimi ayaqyalın diva adını almış Kapo Verdeli məşhur müğənni Sezariya Evora konsertlərinə ayyaqqabısız çıxır, dabanında baş vermiş probləm səbəbindən həkim ona ayaqqabısız yerə ayaq basmamamlı olduğunu bildirmiş və o bir müddət ayyaqqabı ilə konsertlərə çıxmalı olmuşdu .
Müəllif: Farid Nəsirulla