Xəzər - Merkuri - XXXVI dövrə - 15.04.2012 - Sualtap

Xəzər - Merkuri - XXXVI dövrə - 15.04.2012

"Xəzər" İGK XXVI dövrəsinin ilk turu: Merkuri komandasının sualları.
Müəlliflər: Tural Talıblı, Nizami Xəlilbəyli, İsmayıl Məmmədov

Birinci tur 

Sual №1:Qalileo Qaliley teleskopu kəşf etdikdən sonra Ayın səthinə baxır və orada dağların,düzənliklərin, olduğunu söyləyir.Bundan sonra insanlar arasında belə bir fikir yayılır ki,orada yaşamaq üçün şərait var və orada X-lərin irqi yaşayır.X-lər dedikdə kimlər nəzərdə tutulurdu.

Cavab: lunatiklər
Sayılma meyarı: Dəqiq cavab
Mənbə: "Тайны ХХ века" jurnalı
Müəllif: Tural Talıblı


Sual №2: Bildiyiniz kimi,qəpik pullar adətən dairəvi formada olurlar.Lakin bəzi ölkələrdə bu belə deyil.Məsələn,Karib hövzəsi ölkələrində ekzotika üçün başqa formalı qəpik pullardan istifadə edilir.Bəzi Afrika ölkələrində isə çoxbucaqlı formasında olan pullardan istifadə edilir.Bəs həmin ölkələrdə bu cür formalı pullardan istifadənin səbəbi kimlərdir?

Cavab: Savadsız(oxuyub-yazmaq bilməyən) insanlar
Sayılma meyarı: Mənaya uyğun cavablar
Şərh: Bu cür ölkələrdə əhalinin əksər hissəsi savadsız olur.Onlar pulun üzərindəki nominalı oxuya bilmədiklərinə görə,bucaqlarının sayına görə pulun dəyərini bilirlər.
Mənbə: Тайны ХХ века” jurnalı
Müəllif: Tural Talıblı


Sual №3: 1963 –cü ildə “3+2” filmi üçün aktyor seçimləri Riqadakı KLAPKALNTSİEMS adlı studiyada keçirilirdi. Seçimlərə gələn aktyorların çoxluğunu görən yumor hissinə malik rejissyor, yalnız İLK CƏHDDƏN BUNU  EDƏNLƏRİ kastinqə buraxmaq qərarına gəldi və bununla da aktyorların sayı xeyli azaldı.
Sual: Seçimlərə kimlər buraxılırdı?

Cavab: Studiyanın adını tələffüz edənlər (KLAPKALNTSİEMS)
Sayılma meyarı: Mənaya uyğun cavab
Mənbə:  http://ru.wikipedia.org/wiki/Три_плюс_два_(фильм)
Müəllif: Nizami Xəlilbəyli


Sual №4: Alman riyaziyyatçısı German Minkovski demişdir ki, X teoreminin həll olunmamasının əsas səbəbi odur ki,bununla bu vaxta qədər yalnız 4cü dərəcəli riyaziyyatçılar məşğul olublar.Siz isə İordaniyanın, Kiribatinin, Küveytin,Birləşmiş Ərəb Əmirliklərinin,Cənubi Koreyanın bayraqlarını yadınıza salaraq X-i 2 sözlə ifadə edin.

Cavab: dörd rəng
Sayılma meyarı: Dəqiq cavab
Şərh: Bu bayraqlarda 4 rəngdən istifadə olunub.(4cü dərəcəli riyaziyatçılar ifadəsi ipucudur).Bu teorem ən qəliz teoremlərdən biri sayılır v hele de deqiq isbat olunmayib
Mənbə: Вокруг света» jurnalı
http://ru.wikipedia.org/wiki/Флаги_Азии
Müəllif: Tural Talıblı


Sual №5: 1931ci ildə yaradılmış bu əsəri müəllif kamamber pendirini yedikdən sonra yaratmaq  fikrinə gəlmişdir.Əsərin adını  yadınıza salmağa çalışmayın,biz sizdən müəllifi soruşuruq.

Cavab: Salvador Dali
Sayılma meyarı: Dəqiq cavab
Şərh: Kamamber pendiri yumşaq pendirdir və tez əriyir.Salvador Dali bu pendiri yedikdən sonra özünün məşhur “Yaddaşın möhkəmliyi” rəsmini çəkmişdir.
Mənbə: http://www.cheese.hobby.ru/main.htm
Müəllif: Tural Talıblı


Sual №6: Kraliça 2-ci Yelizavetaya aşiq olan amerikalı Robert Mur 2007-ci ildə İngiltərəyə gəlir və Bukinqem sarayının yaxınlığında yerləşən parkda məskunlaşır. Buradan o, öz sevgilisinə yüzlərlə cavabsız məktub göndərir. Lakin bir müddət sonra məktubların göndərilməsi dayanır. Üç il sonra isə parkdan Murun çürümüş cəsədi tapılır. “Komsomolskaya pravda” qəzetində bu əhvalata həsr olunmuş məqalə belə adlanırdı: “Kraliçanın X-i”.X-ə ilk dəfə 1853-cü ilə aid əsərdə rast gəlindini bilərək, onu iki sözlə ifadə edin.

Cavab: Şkafda skelet
Şərh: Məqalə “Kraliçanın şkafında skelet” adlanırdı. Bu ifadədən ilk dəfə U.Tekkereyin “Nyukomlar” romanında istifadə olunub.
Mənbə: http://ru.wiktionary.org/wiki/скелет_в_шкафу
Müəllif: Nizami Xəlilbəyli


Sual №7: Dundee rambler,Maiden`s blush,Blairi - 1cinin, Tom vood,Candelabra,Charles de  Mills isə 2cinin növləridir.Siz isə Abbas Səhhətin “Ayı və şir” təmsilini yadınıza salın və “1ci və 2ci”nin hansı britaniyalıya uğur gətirdiyini dəqiqliklə yazın.

Cavab: VII Henrik Tudor
Sayılma meyarı: 
Şərh: 1ci ağ,2ci isə qırmızı qızılgüldür.”Ağ və qırmızı qızılgül” müharibələri Lankaster və York sülalələrinin hakimiyyət uğrunda mübarizəsi idi,lakin sonda hakimiyyətə yeni sülalə-Tüdorlar gəldi
Mənbə: http://ru.wikipedia.org/wiki/Классификация_роз
«100 великих политиков» kitabı
Müəllif: Tural Talıblı


Sual №8: Turgenievin “Atalar ve Ogullar” əsərində bir qadın haqda hissəyə qulaq asın :
Onun bütün rəftarı bir sıra uygunsuzluqlardan ibarətdir, onun baxışları heyrətli idi. Bu heyrət bir cox hallarda soyuq bir dəhşət halını alırdı, onun üzündə qorxunc bir ifadə zahir olar o öz yataq otagına cəkilib qapını baglayardı..Günlərin bir günü Kirsanov bu qadına bir üzük bagışlayır. Üzüyün qaşında nə həkk olundugunu bildinizsə 1916-cı ildə dogulan fransızın adını cavab kartlarınıza yazın

Cavab: Fransua Mitteran
Sayılma meyarı: Dəqiq cavab
Şərh: Kirsanov un həmən qadına bagışladıgı üzükdə Sfinks əks olunmuşdu
Sfinks isə Fransua Mitteranın Ləqəbəblərındən biri idi
Mənbə: http://tremis.ru/15/135
Müəllif: İsmayıl Məmmədov


Sual №9: 1865ci ildə X ilə əlaqədar olaraq Florensiyada abidə ucaldılmış,1965ci ildə isə İtaliyada və müxtəlif ölkələrdə tədbirlər keçirilmişdir.X-in 2 sözdən ibarət olduğunu bilərək,hansı həmyerlimizin X-ə 1 həftə gecikdiyini cavab kartlarınıza yazın.

Cavab: Feyzulla Kəbirlinski
Sayılma meyarı: Dəqiq cavab
Şərh: X ilə əvəz olunmuş sözlər “Dantenin yubileyi”dir.Anarın eyniadlı əsərində Feyzulla Kəbirlinskiyə 1 həftə sonra tədbirə bilet vermişdilər.
Mənbə: http://ru.wikipedia.org/wiki/Данте_Алигьери
Müəllif: Tural Talıblı


Sual №10: 1935-ci ildə nasional-sosializmin qatı əleyhdarı Karl fon Osetskoma sülh üzrə Nobel mükafatı verildikdən sonra Almaniyada Nobel mükafatı qadağan edilmişdi. Alman fizikləri Ceyms fon Laue və Ceyms Frank öz qızıl medallarını gizlətmək üçün Nils Bora verdilər.1940-cı ildə almanlar Kopenhageni tutanda Nils Bor İnstitutunun əməkdaşı Qeorq Heveşi medalları xilas etmək üçün bundan istifadə etdi və müharibə başa çatdıqdan sonra medallar sahiblərinə qaytarıldı. bunun nə olduğunu tapın.

Cavab: Çar arağı
Sayılma meyarı: dəqiq cavab
Şərh: Heveşi qızıl medalları çar arağında əritdi. Müharibə başa çatandan sonra isə qızıllar həmin mayedən çıxarıldı və yeni medallar hazırlanaraq sahiblərinə qaytarıldı
Mənbə: http://ru.wikipedia.org/wiki/Царская_водка
Müəllif: Nizami Xəlilbəyli


Sual №11: Bernard Verber BUNU çarpayının sağ tərəfində olan xəyalpərəst qadının sol tərəfdəki praqmatik ərinə pıçıldayaraq nə isə çatdırmaq istəməsinə bənzətmişdi. Siz isə bunun yoxluğundan əziyyət çəkənlərin yaşadığı yerin adını cavab kartlarına yazın

Cavab: Makondo
Şərh: Verber çarpayının sağ və sol tərəflərini beyinin yarımkürələrinə bənzədir və yuxu haqda bəhs edir.
Mənbə: Бернард Вербер.»Революция муравьев»
Müəllif: Nizami Xəlilbəyli


Sual №12: Siyahıya diqqət yetirin:  İngiltərə ,Almaniya, Yuqoslaviya, Niderland, MDB, Fransa,İsveç,Şotlandiya. Bu,1992ci ilə aid olan siyahıdı.Bu siyahıda ölkələrdən biri əvəzetmədir.Bir dəqiqə ərzində əvəz olunmuş ölkəni cavab kartlarınıza yazın.

Cavab: Danimarka
Sayılma meyarı: Dəqiq cavab
Şərh: Bu,1992ci il futbol üzrə Avropa çempionatının iştirakçlarının siyahısıdır.Əslində çempionatda Yuqoslaviya iştirak etməli idi,lakin ölkədəki siyasi hadisələrə görə son anda iştirak edə bilməmişdir,onların əvəzinə isə seçmə mərhələdə 2ci yeri tutmuş Danimarka iştirak etmiş və gözlənilməz olsa da çempionluğu qazanmışdır
Mənbə: http://ru.wikipedia.org/wiki/Чемпионат_Европы_по_футболу_1992
Müəllif: Tural Talıblı


İkinci tur 
Sual №13: Diqqət!Sualda əvəzetmə var
1982ci il 17 iyunda Londonda məşhur italyan bankiri Roberto Kalvinin meyidi körpüdən asılmış şəkildə göründü.Əslində o intihar eləməmişdi,onun ölümünı “qılınc zərbəsi” səbəb olmuşdu.”Qılınc zərbəsi” sözləri ilə əvəz edilmiş sözləri tapın.

Cavab: “Qladius” təşkilatı
Şərh: “Qladius” İtaliyanın məşhur terror təşkilatı idi,sözün mənası isə “qılınc” deməkdir.
Mənbə: ” Тайны ХХ века” jurnalı
Müəllif: Tural Talıblı


Sual №14: Rekvizit
X  Y-ə dedi:
“Sənin zənginliyinə
O qədər həsəd aparmışam ki...
Qəlbin nə duyarsa,onu
Min yolla hamıya çatdıra bilirsən.
Hamı da anlamağa hazır...
Mənsə həsrət çəkənlərə acıyıram,
əzablardan usanmışam,
ama çıxara bildiyim tək səs
elə şirin və rahatdır ki...
X-i 2 sözlə,Y-i isə bir sözlə cavab kartlarınıza yazın.

Cavab: kilsə zəngi və orqan
Şərh: Bu,Karl Şpittelerin “Kilsə zənginin şikayəti” şeiridir.
Mənbə: “Ədəbiyyat üzrə Nobel mükafatçıları” kitabı
Müəllif: Tural Talıblı


Sual №15: Məlumdur ki,2006cı ildə Plutonu planet statusundan məhrum etdilər.Sual müəllifi düşünür ki, əgər Günəş sisteminin daha bir planeti bu aqibətə düçar olsa,onda qalan planetləri bu başlıqda birləşdirmək olar.Başlığın necə olacağını bildinizsə,15ci əsrə aid olan əsərin müəllifini cavab kartlarınıza yazın.

Cavab: Əlişir Nəvai
Sayılma meyarı: Dəqiq cavab
Şərh: Əgər daha bir planet azalsa,onda 7 planet qalacaq.”Yeddi səyyarə” əsərinin müəllifi isə Əlişir Nəvaidir.
Mənbə: http://az.wikipedia.org/wiki/Əlişir_Nəvai
Müəllif: Tural Talıblı


Sual №16: Ernest Heminqueyin dostuna yazdığı məktuba qulaq asın: “Əgər sənin bəxtin gətirib cavanlıqda Parisdə yaşamısansa,sonra harda yaşayırsan yaşa bu şəhəri həmişə xatırlayacaqsan.Çünki Paris..... Yazıçının fikrini bir neçə sözlə tamamlayın.

Cavab: həmişə səninlə olan bayramdır
Şərh: Ernest Heminqueyin Paris xatirələrindən bəhs edən əsərinin adı “Həmişə səninlə olan bayram” adlanır.
Müəllif: Tural Talıblı


Sual №17: Maldiv adalarının prezidenti Naşid turizmdən daxil olan gəlirlərin müəyyən hissəsini cəmləşdirmək üçün xüsusi fond yaradıb.Siz bu fondun nə səbəbdən yaradıldığını bildinizsə,fonddakı pulun hansı dövlətə verilməsinin nəzərdə tutulduğunu yazın.

Cavab: Avstraliya
Sayılma meyarı: 
Şərh: Ekoloqların proqnozlarına görə, yaxın 15-20 il ərzində Maldiv adaları qlobal istiləşmə səbəbindən okean suları altında qalacaq.Bu səbəbdən də prezident Avstraliya ərazisində torpaq almaq və əhalini evakuasiya etmək  üçün xüsusi fond yaradıb.
Mənbə: «Вокруг света» jurnalı
Müəllif: Tural Talıblı


Sual №18: Lətifəyə qulaq asın: Eynşteyn,Nyuton və Paskal gizlənpaç oynayırlar.Püşk nəticəsində Eynşteyn yummalı,Paskal və Nyuton isə gizlənməli olurlar.Paskal qaçıb gizlənir,Nyuton isə yerindən tərpənmir və yalnız BUNU EDİR.Eynşteyn gözlərini açır,Nyutonu görərək:”Mən səni gördüm” deyir.Nyuton isə deyir: “Yanılırsan sən məni görmədin,Paskalı gördün”. Bir dəqiqədən sonra BUNU EDİR sözləri ilə əvəz olunmuş sözləri cavab kartınıza yazın.

Cavab: ətrafına kvadrat çəkir
Sayılma meyarı: Mənaya uyğun cavablar
Şərh: Nyuton kvadratın daxilində olur,1 Nyuton qüvvənin 1 kvadrat metr sahəyə təsiri ilə xarakterizə olunan fiziki kəmiyyət təzyiqdir,təzyiqin vahidi isə paskaldır.
Mənbə: http://agent-smit-1985.livejournal.com/18055.html
Müəllif: Tural Talıblı


Sual №19: 












 Qarşınızda gördüyünüz reyxsmarkaların hansı məqsədlə tədavülə buraxıldığını cavab kartlarına yazın.

Cavab: Almaniyanın işğal etdiyi ərazilərdə istifadə etmək üçün
Sayılma meyarı: mənaya uyğun
Mənbə: http://ru.wikipedia.org/wiki/Файл:50_Reichsmark_1938-1945.png
Müəllif: Nizami Xəlilbəyli


Sual №20: Abiormenit, Aşteanlı, Çupleks,Tsinrussiyalı, Sayqnan, Demu, Dekstralı, İştariyalı, Litiyalı,Mesklinit, Pirson oyuncaqçısı, Requln – 1979-cu ildə Ueyn Barlou onları bir yerə toplayaraq vahid məlumat bazası yaratdı. Biz isə onların hamısını ümumi ad altında tanıyırıq. Bu adı tapın

Cavab: Yadplanetlilər
Şərh: Adları çəkilənlər müxtəlif elmi-fantastik əsərlərdən olan yadplanetli növləridir. 1979-cu ildə rəssam Ueyn Barlou onları bir yerə toplyaraq “Barlowe’s Guide to Extraterrestrials” məlumat kitabçasını nəşr etdirdi.
Mənbə: http://ru.wikipedia.org/wiki/Barlowe's_Guide_to_Extraterrestrials
Müəllif: Nizami Xəlilbəyli


Sual №21: Black, Red, White – Polşada 1991-ci ilde qurulan bir şirkətdir
Sual muəllifi bu şirketin adına baxarkən yadina bir ieraxiya prinsipi düşdü və qərara gəldi ki, sizden şirkətlə həmvətən olan ağın kim olduğunu  soruşsun

Cavab: 2-ci İoann Pavel
Sayılma meyarı: Karel Voytıla
Şərh: Qara, qirmizi , ag - bunlar xristianliqda geyimlərdi.Ən aşagi keşişler qara, kardinallar qirmizi, papalar ağ geyinir. bu da ieraxiya qanununa tabedi
Mənbə: http://brw.com.pl/be/strona/21-o_firmie
Müəllif: İsmayıl Məmmədov


Sual №22: Sualda “bayram etmək” sözləri əvəzetmədir
Ilk dunya cempionatinin finalinda Argentina ve Uruqvay qarwi -qarwiya geldi, lakin oyundan evvel komandalar arasinda maraqli bir problem yaşandi, lakin bu problem her iki komandanin isteyine uygun hell olundu..
Problemin ne oldugunu bildinizse "bayram etmekden" qorxanlarin yigişdigi olkeni cavab kartlariniza yazin

Cavab: CAR
Mənbə: http://ru.wikipedia.org/wiki/Чемпионат_мира_по_футболу_1930#.D0.A4.D0.B8.D0.BD.D0.B0.D0.BB
Müəllif: İsmayıl Məmmədov


Sual №23: Cavanlıqda yaraşıqlı oğlan olduğu üçün Kristian qadınların diqqətini həmişə cəlb edirdi.Buna görə də ona “ürək oğrusu” da deyirdilər.Gələcəkdə isə o,heç də belə olmadığını sübut etdi.Siz isə Kristianın soyadını cavab kartlarınıza yazın.

Cavab: Barnard
Şərh:Kristian Barnard ilk ürək transplantasiyasını həyata keçirmiş şəxsdir.
Mənbə: Tayni XX veka
Müəllif: Tural Talıblı


Sual №24: Papua-Yeni Qvineyada yaşayan asmat tayfalarında maraqlı bir adət var.Cavan oğlanlar əsl kişi hesab olunmaları üçün mütləq insan öldürüb onun başını gətirməlidir.Lakin öldürməmişdən qabaq qatillər öz qurbanlarından bunu soruşurlar.Onların nəyi soruşduğunu deyil,nə üçün belə etdiklərini cavab kartlarınıza yazın.

Cavab: ad qazanmaq üçün
Sayılma meyarı: mənaya uyğun
Şərh: Cavanlar qurbanı öldürməmişdən öncə onun adını soruşurlar,öldürüb qayıtdıqdan sonra isə tayfa rəhbərləri həmin adı onların özlərinə verirlər.
Mənbə: ”Тайны ХХ века” jurnalı
Müəllif: Tural Talıblı




Sual №25: Beverly Hilton,Century Plaza,Hountington,Red Victorian bunun nümunələridir.Siz isə bir dəqiqədən  sonra bunun 1976cı ildə hansı fauna nümayəndəsi ilə assosiasiya olunduğunu cavab kartlarınıza yazın.

Cavab: Eagles qrupu
Şərh: Bütün bunlar Kaliforniya ştatında yerləşən otellərdir.”Hotel California” isə Eagles qrupunun ən məşhur mahnısıdır.
Mənbə: http://en.wikipedia.org/wiki/Category:Hotels_in_Los_Angeles,_California
Müəllif: Tural Talıblı