İqtisadçı - Vendetta və Optimist - XXIV dövrə - 20.10.2012 - Sualtap

İqtisadçı - Vendetta və Optimist - XXIV dövrə - 20.10.2012

"İqtisadçı" İK XXIV dövrəsi: Vendetta və Optimist komandalarının sualları.
Müəlliflər: Ruslan Məmmədov,  Denis Şabanov, Elşən Quliyev, Baur Bikdemirov, Rüfət Abdullayev, Ülvi Mehrəliyev, Elvin İbrahimov

Birinci tur 

Sual №1: Rey Bredberinin qəhrəmanı zəncirotu şərabını, tutularaq butulkalarda saxlanılan X adlandırır.Valeri Meladzenin lirik qəhrəmanı isə X-in fraqmentlərini yenicə yağmış qarda axtarır. X-i bir sözlə yazın.

Cavab: Yay
Şərh: Zəncirotu əsasən yayda bitir, əsərdə də yay ayları müddətində iki uşağın sərgüzəştlərindən danışılır.
Mənbə: Rey Bredberi "Zəncirotu şərabı", Valeri Mladzenin "Oskolki leta" mahnısı
Müəllif: Məmmədov Ruslan


Sual №2: Dənizçilər Manilada olarkən yemək təchizatından narazı idilər, evdən yarım il idi ki, məktublar almırdılar və axırda onların səbri tükəndi.Beləliklə 1905-ci ildə ORADA üsyan qalxdı.Bu sualda biz 3 hərf buraxmışıq. Buraxılar hərfləri düzgün ardıcıllıqla cavab kartlarınızda yazın.

Cavab: Avr
Şərh: İnqlabın simvollarından olan“AVRORA” gəmisi o vaxt Manilada Tsusima döyüşündən sonra dayanmışdır.
Mənbə: «100 знаменитых символов советской эпохи», Харьков: «Фолио», 2009
Müəllif: Denis Şabanov


Sual №3: Sualda əvəzetmələr var.“Black Gold” filminin qəhrəmanı göndərdiyi vasitəçisinə tapşırır ki,”Qonşu tayfa başçısına çatdır,Quranda X sözü,Y sözündən iki dəfə çox işlədilib”.Adında həm X,həm də Y olan əsər 19-cu əsrdə yazılıb.Bir dəqiqə ərzində əsərin adını tapın.

Cavab: Hərb və sülh
Şərh: Elçi qonşu tayfaya sülh danışıqları üçün gedirdi.
Mənbə: Filmin özü
Müəllif: Quliyev Elşən


Sual №4: Leybnis onun haqda deyirdi.O,problemin həllini tapana qədər ölə bilər.Söhbətin nədən getdiyini iki sözlə deyin.

Cavab: Buridan eşşəyi
Şərh: Leybnis deyirdi ki,eşşək 2 topa otdan birini seçənədək acından ölə bilər
Müəllif: Denis Şabanov


Sual №5: Aleksandr İliçevskiy deyirdi “Turistlər sanki əjdahanın onurğasının üstündə gəzirlər”. Yazıçı nəyi əjdaha onurğasına bənzətmişdi?

Cavab: Böyük Çin səddı
Mənbə: Roman «Математик», Александр Иличевский
Müəllif: Baur Bikdemirov


Sual №6: Uşaq ədəbiyyatından bir əsərin qəhramanları öz balaca qardaşını xəstəlikdən qurtarmaq üçün ONU isti izləri ilə tapıb,qalib gəlmək istəyirlər. ONU 2 sözlə deyin

Cavab: yüksək hərarət
Şərh: Uşağın yüksək hərarəti var idi və onun izləri həqiqətən isti idi.
Mənbə: «Учусь быть здоровым или как стать Неболейкой», И. Соковня.
Müəllif: Baur Bikdemirov


Sual №7: Bir-birini dəlicəsinə sevən Rudolfo və Rafaella 1963-cü ildə evləndilər.Bir qədər sonra bu sevgidən onların bir oğlan övladı dünyaya gəldi.Onların övladlarının kim olduğunu tapmağa çalışın.

Cavab: Eros Ramazotti
Şərh: Onlar övladlarını yunan sevgi Allahı erosun şərəfinə adlandırmışdılar,sual da da bir neçə dəfə sevgi sözü vurğulanır 
Mənbə: http://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B0%D0%BC%D0%B0%D1%86%D1%86%D0%BE%D1%82%D1%82%D0%B8,_%D0%AD%D1%80%D0%BE%D1%81
Müəllif: Rüfət Abdullayev


Sual №8: 1885-ci ildə THE TIMES qazetinin heç də uzaqgörən olmayan jurnalisti, London şəhərinin surətli inkişaf tempinin mənfi nəticələri haqda danışarkən X-in şəhəri at peyini iyində boğacağını qeyd edirdi. X tapin



Sual №9: "Sən əzəmətli küləklərin və qayaların qızısan"- Pablo Nerudanın bioqrafiyasından götürülmüş bu cümlənin kimin haqqında deyildiyini tapın.

Cavab: Qabriela Mistral
Şərh: P.Neruda bu sözləri öz həmyerlisi və dostu Q.Mistral haqqında demidir,mistral isə bildiyimiz kimi həm də şimal-qərb küləyinin adıdır.
Mənbə: Пабло Неруда. Признаюсь: я жил. Воспоминания.
Müəllif: Rüfət Abdullayev


Sual №10: Antuan de Sent Ekzüperi maskasına bağlı olan rezin borunu X-ə bənzədir. X haqqında olan məqalədə təxminən 50-70 sm göstəriciyə rast gəlinir.X-in nə olduğunu iki sözlə deyin

Cavab: Göbək cifti
Sayılma meyarı: Ekzüperinin " Hərbi təyyarəçi" əsəri.
Mənbə: Ekzüperinin " Hərbi təyyarəçi" əsəri.
Müəllif: Məmmədov Ruslan


Sual №11: Axmaqlıqların təkrarlanmasını tənqid edən flamand atalar sözlərinin birində,Bunu etmək məqsədi ilə arbaletdən açılan növbəti atış qeyd edilir.Yuxuyozmaya görə yuxuda bunu edən şəxs öz çevikliyi nəticəsində uğur qazanacaq.Bunu etməklə əvəz edilən sözləri tapın.



Sual №12: "Zibilçi" kinosunda baş qəhraman buz üzərində sürüşüb yıxılaraq X-i lənətləyir. "X" 2001 ildə çəkilmiş filmin adıdır. Həmin filmi tapın.

Cavab: "Zibilçi"
Şərh: Yıxılaraq zibilçi işinə laqeyd yanaşan kolleqasını lənətləyir. Sualın mətnində çox az informasiya var, ona görə də cavabı sualın özündə axtarmaq lazımdı
Mənbə: "Musorşik" kinosu.
Müəllif: Məmmədov Ruslan


İkinci tur 
Sual №13: www.klerk.ru saytında hərflərdən biri X formasında stilizə olunub.X-in ixtraçısı Yuxaan Voler sayılır. X-in nə olduğunu yazın.

Cavab: Skrepka
Şərh: Söhbət Klerk sözündəki E hərfindən gedir. Klerk adətən ofis işçilərinə deyilir, skrepka da ofis alətlərindən sayılır. Bundan əlavə Yuxan Voler skadinav adıdır, Oslo şəhərindəki "Skrepka" heykəli kifayət gədər məhşurdu.
Müəllif: Məmmədov Ruslan


Sual №14: Bir məqalədə deyilir ki, Orta əsrlərdə əlacsızlıqdan bir şəhərin yepiskopu şəhəri yandırmağı əmr edir. Bu tədbirə əvvəlcədən hazırlıq görüldüyündən, şəhərlilər arasında təlafata yol verilmir. Bu məqalədə 130 nəfər qurban və bir peşədən danışılır. Hansı?



Sual №15: HAFİZ PAŞAYEV ABŞ-dakı diplomatik fəaliyyətindən bəhs edən kitabını məhz belə adlandırmışdır. Kömək üçün deyim ki, kitab məhşur əsərin adından bir sözlə fərqlənir...Bəs kitab necə adlandırılmışdır ?

Cavab: Bir Səfirin Manifesti
Şərh: Hafiz Paşayev Mir Cəlal Paşayevin oğuludu.Mir Cəlalın "Bir gəncin manifesti" adlı əsəri var.
Mənbə: http://www.kitabklubu.org/3000adda.htm
Müəllif: İbrahimov Elvin


Sual №16: Bu, ABŞ-da XX əsrin 20-ci və 80-ci, Rusiyada isə 90-cı illərində olmuşdur. YEGOR LETOV isə ONU öz mahnılarından birində salamlayır. Söhbətin nədən getdiyini bildinizsə, 1973-cü ildə çap olunmuş əsərində onunla sağollaşanın kim olduğunu deyin

Cavab: Kurt Vonnequt
Şərh: ABŞ-da XX əsrin 20-ci və 80-ci, Rusiyada isə 90-cı illərində" olan Qara Bazar Ertəsidir. ABŞ-da 1929-cu ildə olan Qara Bazar Ertəsindən sonra Depressiya başladı, 87-də DOU CONS indeksi tarixində ən böyük düşüş yaşadı, Rusiya da ki, hamıya məlumdur...YEGOR LETOV`un da (Гражданская Оборона grupu) XОРОШО! albomunda "Здравствуй, Чёрный Понедельник" adlı mahnısı var. KURT VONNEGUT`un 1973-cü ildə çıxan və özünə həsr etdiyini iddia etdiyi əsəri isə "Çempionlar üçün Səhər Yeməyi və ya ƏLVİDA QARA BAZAR ERTƏSİ" adlanır...
Mənbə: http://ru.wikipedia.org/wiki/%D0%97%D0%B0%D0%B2%D1%82%D1%80%D0%B0%D0%BA_%D0%B4%D0%BB%D1%8F_%D1%87%D0%B5%D0%BC%D0%BF%D0%B8%D0%BE%D0%BD%D0%BE%D0%B2
Müəllif: İbrahimov Elvin


Sual №17: XX əsrin birinci yarısında yazılmış və xalqların dostluğundan bəhs edən bu əsər, əslində, təqribən 30 il öncə baş vermiş hadisələri təsvir edir. Rejissor əsəri yarımçıq qoyub gedəndə isə AYDIN oldu ki, quruluşu müəllif özü verməli olacaq.1 dəqiqə ərzində söhbətin hansı əsərdən getdiyini tapın...

Cavab: 1905-ci ildə
Şərh: Cəfər Cabarlının "1905-ci ildə" əsəri 1931-ci ildə çap edilib.Mətndəki "Aydın" sözü yazıçının digər məşhur əsərinə işarə idi.
Mənbə: https://az.wikipedia.org/wiki/Cəfər_Cabbarlı
Müəllif: İbrahimov Elvin


Sual №18: Joze Manuel Barrozo BUNU ETMƏK üçün, KETRİN EŞTON`la əlaqə saxlamağı məsləhət görür.Minos, Asterion və Zevsə BUNU ETMƏYİN müyəssər olub-olmadığını isə dəqiq demək çətindir. Söhbətin nədən getdiyini bildinizsə, 70-ci illərdə BUNU ETMƏK istəyən amerikalının kim olduğunu deyin.

Cavab: Henri Kissincer
Şərh: BUNU ETMƏK sözləri ilə “Avropa ilə danışmaq” ifadəsi əvəz edilmişdi. J.M.Barrozo`nun sözlərinə görə artıq Avropa ilə danışmaq üçün K.Eşton`a zəng etmək lazımdır.Avroskeptisizmlə dolu Henri Kissincer isə ÇXR və SSRİ kimi dövlətlərlə asan şəkildə danışdığını bildirsə də Avropa Birliyində kiminlə danışmaq lazım olduğunu müəyyən etməyin çətin olmasını söyləyir, ona görə də ironik şəkildə “Mən Avropa ilə danışmaq istəyirəmsə, kimə zəng etməliyəm?!” deyə soruşurdu. Adları çəkilən Minos, Asterion və Zevs isə tanrı Afinanın müvafiq olaraq oğlu və ərləridir. Onların Avropa ilə danışıb-danışmadığını isə dəqiq söyləmək çətindir.
Mənbə: http://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B8%D1%81%D1%81%D0%B8%D0%BD%D0%B4%D0%B6%D0%B5%D1%80,_%D0%93%D0%B5%D0%BD%D1%80%D0%B8
Müəllif: İbrahimov Elvin


Sual №19: X-i inşa etmək mümkün olsa,onun uzunluğu təqribən 55 mln kilometr olar. Nikola Tesla xüsusi gücləndirici ötürücüsü vasitəsilə X-i yaratmağın mümkünlüyündən bəhs edir. X-in 4 söz olduğunu bilərək, onu yaratmağın mümkünlüyünü 1956-cı ildə poetik şəkildə təsvir edəni cavab kartınıza yazın

Cavab: Məmməd Araz
Şərh: Sualda Yerlə Mars arasındakı körpüdən söhbət gedirdi
Mənbə: http://www.memmedaraz.az/?menu=312
Müəllif: İbrahimov Elvin


Sual №20: Fransuaza Saqanın əsərinin qəhrəmanı atelyedə ona yardım edən qızın paltarın ətəyini sancaqlayarkən diqqətsizliyə yol verdiyindən hiddətlənərək deyir : "Siz artıq 4-cü dəfədir ki,sancağı mənə batırırsınız.Məgər mən ona bənzəyirəm ? Onu tapın.

Cavab: Müqəddəs Sebastian
Şərh: Bildiyiniz kimi Müqəddəs Sebastyana 4 dəfə ox vursalar da o sağ qalmışdı.
Mənbə: F.Saqan. Смятая постель
Müəllif: İbrahimov Elvin


Sual №21: Staut Reksin dedektiv əsərlərindən birində Sezardan bəhs edilir.Bir dəqiqə ərzində hadisəni araşdıran dedektivin kim olduğunu tapın

Cavab: Nero Vulf
Şərh: Staut Reks “Nero Vulf” obrazının yaradıcısıdı.Öz obrazını Roma imperatoru Neronun şərəfinə “Nero” adlandırıb.Sualda dedektiv və Sezar sözləri açar sözlərdi
Mənbə: http://ru.wikipedia.org/wiki/%D0%9D%D0%B8%D1%80%D0%BE_%D0%92%D1%83%D0%BB%D1%8C%D1%84
Müəllif: Quliyev Elşən


Sual №22: (Aparıcı üçün qeyd.Müzakirə vaxtının yarısında “son 30 saniyə demək”)
1998-ci ildə çap olunmuş məqalədə Harvard universitetinin professorunun texnoloji proqress və onun artım surəti barəsində fikirləri öz əksini tapmışdır.Məqalədə bu ifadəyə də rast gəlmək olardı.Maraqlıdı ki,insan buna nail olmaqçün işıq sürətindən 6 dəfə böyük sürət əldə eləməlidir.Diqqət sual! Bu ifadədən təsirlənənlərin ən məşhurunun soyadını tapın.

Cavab: Leto
Şərh: Professor qeyd eləyirdi ki,texnologiya elə sürətlə inkişaf eləyir ki,biz bu yaxınlarda Marsdan 30 saniyəlik məsafədə olacıq.Artıq bildiyiniz kimi Marsa qədər olan məsafə 55 mln km-di.Cared Leto və Shennon Leto "30 seconds to Mars" qrupunun yaradıcılarıdı və adı seçərkən bu məqalədən təsirləniblər.Aparıcının “son 30 saniyə deməsi” cavabı tapmaqçün açar ifadə idi.
Mənbə: http://ru.wikipedia.org/wiki/30_Seconds_to_Mars
Müəllif: Quliyev Elşən


Sual №23: Rekvizit.
“Man,that may have been a small one for ... ,but that's a long one for me"
Gördüyünüz sitatın müəllifi balaca boylu Konraddı.Sitatda buraxılmış 4 hərfli sözü tapın.


Cavab: Neil
Şərh: Konrad Apollon 12 kosmik gəmisinin ekipaj üzvlərindən biridi.Boyu balaca olduğundan şatlın pilləkanlarından ayın səthinə enərkən böyük addım atmalı olmuşdur.
Mənbə: http://en.wikipedia.org/wiki/Apollo_12
Müəllif: Quliyev Elşən


Sual №24: Bir neçə il bundan əvvəl nəşr edilən əsərdə avqust ayının axrında monoton təmiz çəmən qeyd edilir. Kitabın müəllifi qeyd edir ki, əsərin süjeti neçə illərdi ki onun beynində yetişmə prosesi keçib. Söhbət hansı əsərdən qedir?

Cavab: "Əlvida, Yay"
Şərh: "Əlvida yay" əsəri Rey Bredberinin "Zəncirotundan düzəldilmiş çaxır" əsərinin davamıdı. Avqustun axrında artıq zəncirotu qalmamışdı. Əsər isə çaxır kimi beyində yetişmə prosesi keçirdi. Bundan əlavə bugünkü oyunu "Yay" ilə başlamışdıq.
Mənbə: Adıçəkilən kitab
Müəllif: Məmmədov Ruslan