10-un müəllifi - Fuad Eminov - Sualtap

10-un müəllifi - Fuad Eminov

"10"-un müəllifi rubrikasının bugünkü qonağı ölkəmizdə intellektual oyunların ilk bayraqdarlarından biri, "Xəmsə" MİO sual müəllifi, "Avanqard" komandasının üzvü, "Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan çempionu Fuad Eminovdur. Buyurun Fuad Eminovun ən sevdiyi "10" sualı ilə tanış olun!

Sual №1: İtlər haqqında demək olar ki, çiy qalmış tərəvəzlərdən ibarət şorba onların adi yeməyidir. Eşitdiyiniz cümlədə sözlərdən birində bəzi hərflər buraxılıb. Həmin sözü bərpa edin.


Cavab: alpinistlər
Sayılma meyarı: dəqiq cavab
Şərh: Hündürlüyə qalxdıqca təzyiq aşağı düşdüyündən su tez qaynayır
Mənbə: Вокруг света. Октябрь, 2016, səh. 26
Müəllif: Fuad Eminov



Sual №2: Sergey Svetkov yazır ki, ingilis donanmasında xidmət keçən zabitlər köhnə adətə uyğun olaraq iki əllə əl çalmırlar, yumruqlarını stola vururlar. Siz isə bu adətin yaranmasına səbəb olmuş şəxsin soyadını yazın.

Cavab: Nelson
Sayılma meyarı: Horatsio Nelson
Şərh: Santa-Krus-de_tenerife limanı uğrunda gedən döyüşdə Nelson qolundan yaralanmış və əlini itirmişdi.
Mənbə: http://sergeytsvetkov.livejournal.com/459999.html
Müəllif: Fuad Eminov



Sual №3: Sual uzundur, ona görə mən onu sizə yavaş oxuyacam, siz isə yazmağa çalışın.
III Napoleonun dövründə Xarici İşlər Nazirliyində işləmiş qraf de Moni “İkinci imperiya haqqında xatirələrin”də yazır ki, şəhərkənarı şatolarda keçirilən oyun və əyləncələrə bir müsabiqə də daxil idi. Qraf de Moni bu müsabiqə haqqında yazır ki, məşhur ədəbi tənqidçi Şarl Ogüsten Sen-Böv və yazıçı Prosper Merimenin də iştirakına baxmayaraq, müsabiqədə Avstriya səfiri Rixard fon Metternix qalib gəlmişdi. Müsabiqənin mahiyyətini ikihecalı sözlə deyin.

Cavab: imla
Sayılma meyarı: diktant
Şərh: Fransızlar ola-ola fransızca imla müsabiqəsini avstriyalı udmuşdu.
Mənbə: С.Кларк. Самый французский английский король. Жизнь и приключения Эдуарда VII
Müəllif: Fuad Eminov



Sual №4: Uinston Çerçill bir dəfə demişdi ki, birgə səhər yeməyi heç bir nigahın davam gətirə bilməyəcəyi bir sınaqdır. Bu barədə yazan müəllif qeyd edir ki, Çerçillin çox möhkəm ailəsi olmuşdur və iki canlını buna səbəb kimi qeyd edir. Həmin iki canlını tapın.

Cavab: torağay və bayquş
Sayılma meyarı: istənilən ardıcllıqla 
Şərh: Ər-arvad müxtəlif vaxtda yatıb durduqlarından birgə səhər yeməyi etmirdilər.
Mənbə: http://shkolazhizni.ru/archive/0/n-48973/
Müəllif: Fuad Eminov



Sual №5: Marna döyüşündən sonra geri çəkilən almanlar bir çox yük maşınlarını atıb qaçmışdılar. Maşınların təkərləri partlamışdı. Siz isə partlamış təkərlərin ətrafında yerə səpələnənləri biri xüsusi isim olmaqla üç sözlə deyin.

Cavab: Şampan butulkasının qırıntıları
Sayılma meyarı: məna üzrə üç söz
Şərh: Döyüş Şampan ərazisində olmuşdu, almanlar özlərinə əmin olduqlarından milyonlarla şampan için butulkaları elə yollara tullayırdı və bu qırıntılar bəzi yük maşınlarının təkərini cırmışdı.
Mənbə: Дон КлэдстрапПети Клэдстрап. Шампанское. История праздничного напитка
Müəllif: Fuad Eminov



Sual №6: “İndi okean paroxodlarının lövbər atdığı... bu yerlərə bir azdan qış gələcək”. Niderlanda səfər etmiş bir rus səyyahının Zöyderzee haqqında 1884-cü ildə yazdığı bu cümlədə biz bir sözdə bir hərfi əvəz etmişik. Həmin hərfi cavab kartlarına yazın.

Cavab: x
Sayılma meyarı: dəqiq cavab
Şərh: XIX əsrin sonlarında Zöyderzee körfəzinin qurudulması Niderlandda çox aktiv müzakirə edilirdi və Süveyş kanalının tikintisi onları ruhlandırmışdı. Səyyah da demişdi ki, çox keçməz ki, buralardan da xış keçər. Yəni qurudulmuş torpaqlar əkin-biçin olan ərazilərə çevriləcək.
Mənbə: http://townevolution.ru/books/item/f00/s00/z0000033/st004.shtml
Müəllif: Fuad Eminov



Sual №7: İqtisadçı Keyt Çen iddia edir ki, qrammatikası ONU fərqləndirməyən dillərdə danışan insanlar pensiya dövrü üçün daha çox pul yığacaq, habelə bu insanların piylənmədən əziyyət çəkmə riski digərlərindən az olacaq. ONU iki sözlə yazın.

Cavab: gələcək zaman
Sayılma meyarı: dəqiq cavab
Şərh: Əgər dildə gələcək zaman yoxdursa, gələcək bu günün davamı kimi hiss edilir və insanlar gələcəyi daha real hesab etməyə başlayıb öz qayğılarına daha çox qalırlar. Sizə kömək etmək üçün sual müəllifi cümlələri gələcək zamanda qurmuşdu.
Mənbə: http://www.vokrugsveta.ru/article/270201/
Müəllif: Fuad Eminov



Sual №8: 2004-cü ildə London metrosunun bu xətti 25 yaşını qeyd etdi. Söhbət hansı xətdən gedir?

Cavab: Yubiley xətti
Sayılma meyarı: dəqiq cavab
Şərh: Bu xətt II Yelizavetanın taxta çıxmasının gümüş yubileyi şərəfinə belə adlandırılıb. 2004-cü ildə özü də gümüş yubileyini qeyd edib.
Mənbə: https://ru.wikipedia.org/wiki/Юбилейная_линия
Müəllif: Fuad Eminov



Sual №9: Yazıçı Kurt Vonnequt xatirələrində yazır ki, atasının vəfatından sonra o öz imzasında bir kiçik sözdən imtina etdi. Bu hansı söz idi?

Cavab: kiçik
Sayılma meyarı: Junior, JR.
Şərh: Atasının da adı Kurt Vonnequt idi.
Mənbə: http://www.e-reading.org.ua/bookreader.php/12142/Vonnegut_-_Sud'by_huzhe_smerti_(Biograficheskiii_kollazh).html
Müəllif: Fuad Eminov



Sual №10: De Truanın "İstridyələrlə səhər yeməyi" adlanan rəsmində təsvir edilmiş bəzi zadəganlar tavana baxır. Siz isə həmin rəsmin nəyin incəsənətdə ilk təsviri sayıldığını tapın. 

Cavab: şampan şərabı
Sayılma meyarı: dəqiq cavab
Şərh: Şampan butulkası indicə açılıb, personajların bəzisi yuxarı baxır. Rəsm bəzən “İstridyələrlə nahar yeməyi” də adlandırılır. Amma biz birinci versiyanı seçdik ki, sizdə “Brilyant əl” filmindən olan fraza ilə allüziya yaransın: səhərlər şampanı ya zadəganlar içir, ya da degeneratlar.
Mənbə: Дон Клэдстрап, Пети Клэдстрап. Шампанское. История праздничного напитка
Müəllif: Fuad Eminov