10-un müəllifi - Elmidar Süleymansoy - Sualtap

10-un müəllifi - Elmidar Süleymansoy


"10-un müəllifi" rubrikamızda bu dəfə intellektual hərəkatın ən sevilən simalarından biri, məktəblilərin, yeniyetmələrin və gənclərin intellektual inkişafında xüsusi rolu olan Elmidar Süleymansoyu qonaq edirik. Elmidarın özünün ən sevdiyi 10 sualı ilə tanış olun.


Sual №1: 1993-cü ildə Sankt Peterburqda bu əsərin yubileyi münasibətilə buraxılan kitabın cildi 0,711 metrə bərabər idi. Söhbət hansı əsərdən gedir?


Cavab: “Arşın mal alan”
Sayılma meyarı: Yalnız dəqiq cavablar
Şərh: Yubiley münasibətilə buraxılan kitabın cildi elə bir arşına, yəni 0.711 metrə bərabər idi. 
Mənbə: 
1. http://wowfacts.net/starye-mery-dliny-i-vesa/
2. İ.Rəhimli “Teatr” Mədəniyyət kanalı 16.03.2012 
Müəllif: Elmidar Süleymansoy


Sual №2: Marsel Prust Günəş şüalarının şüşəyə düşməsindən alınan rəngləri təsvir edərkən BUNU xatırlayır. Bir yunan mifinə görə Arqusun gözləri öləndən sonra BUNA keçib. BUNU dəqiqliklə deyin.

Cavab: Tovuz quşunun quyruğu
Sayılma meyarı: Tovuzun quyruğu
Şərh: Günəş şüalarının şüşədəki rəngbərəng görünüşünü yazıçı tovuz quşunun quyruğuna bənzətmişdi. 100 gözlü Arqusun gözləri mifə görə tovuz quşunun quyruğuna keçmişdi.
Mənbə:
1. M.Proust “Swannların tarafı” YKY 2010, səh.62
Müəllif: Elmidar Süleymansoy


Sual №3: Avstaliya meşələrində yanğınlardan sonra geniş yayılan ocaq böcəklərinin erkəyi dişini cəlb etmək üçün sözün həqiqi mənasında BUNU EDİR. Bir mənbədə BUNU ETMƏK kiçik uğuru şişirtməklə sinonimlik təşkil edir. BUNU ETMƏKLƏ əvəz edilmiş sözləri deyin

Cavab: Gözə kül üfürmək
Sayılma meyarı: məntiqə uyğun cavablar
Şərh: Dilimizdə işlənən frazeoloji "gözə kül üfürmək" ifadəsini ocaq böcəkləri həqiqi mənada həyata keçirir.
Mənbə: 
1. 
BBC “Борьба за жизнь

Müəllif: Elmidar Süleymansoy


Sual №4: Rekvizit
1871-ci ilə aid bu fotoda siz ONU görmürsüz. 1889-cu ildəki bir neçə rəsmdə də O yoxdur. ONU maksimal dəqiqliklə deyin

Cavab: (Vinsent) Van Qoqun sağ qulağı
Sayılma meyarı: sağ qulağa işarə vuran cavablar
Şərh: Bu foto 18 yaşlı Van Qoqdur. 1889-cu ilə aid “Kəsilmiş qulaqla avtoportret” “Kəsilmiş qulaq və tənbəki çubuğu ilə avtoportret” rəsmlərində Van Qoqun sağ qulağı yoxdur.
Mənbə: 1. http://www.artap.ru/gog_portret.htm
2. https://ru.wikipedia.org/wiki/Автопортрет_с_отрезанным_ухом_и_трубкой
3. https://ru.wikipedia.org/wiki/Ван_Гог,_Винсент
Müəllif: Elmidar Süleymansoy


Sual №5: Mono-Duplet. (Mono-duplet müəllif tərəfindən yaradılmış sual formasıdır. Burada dupletin suallarından birini tapmaq yetərlidir. İkinci sualda ərəbcə yazıdan başqa heç nə verilməsin)

1. Tahir Əmiraslanov yazır: “Hind mifologiyasına görə əvvəllər göy yerə çox yaxındı və Allahlar yerə enirdilər. Möminlər isə göyə qalxırdılar. Bir dəfə gənc, igid, mömin bir oğlan göyə qalxır və onun toxumlarını görüb bunun nə olduğunu soruşur. Yerdə belə şey hələ yox idi. Oğlanı ilah Pua Lamoanın yanına gətirirlər. Pua Lamoa oğlanı suda bişmiş ona qonaq edir. Yemək oğlanın çox xoşuna gəlir. Amma onun toxumlarını göyün sərhədini qoruyanlar yerə aparmağa qoymurlar. Oğlan bir dəfə lotos vəziyyətində oturanda, dabanında çatlar olduğunu görür. Yenidən göyə qalxıb onun toxumlarının üzəri ilə yeriyir. Bir neçə toxum dabanındakı çatlara girib qalır. Yerə düşəndən sonra o toxumları əkir. Və beləliklə BU yaranır
2. 

Siz hal-hazırda BUNU EDİRSİNİZ. Bir məqalədə deyilir ki, yuxuda BUNU ETMƏK ailə içində xəstəliklərə şəfa tapmaqdır. BUNUN ETMƏKLƏ əvəz olunmuş sözləri deyin.

Cavab: Aş (və ya plov)
Sayılma meyarı: Dəqiq cavablar
Şərh: Siz birinci hissədə aşı gördünüz ikinci hissədə isə Quranı görürdünüz. Belə demək mümkündürsə “aşı gördünüz Quran yaddan çıxdı
Mənbə: 1. https://www.facebook.com/1116039301770766/photos/a.1116052698436093.1073741829.1116039301770766/1132549713453058/?type=3&theater
Müəllif: Elmidar Süleymansoy


Sual №6:  ONLARI yaxşı hiss etmək üçün müəllif Mantuyaya getməli olurdu. ONLARI yox,  müəllifin kim olduğunu deyin

Cavab: Antonio Vivaldi
Sayılma meyarı: Vivaldi
Şərh: Venesiyada fəsillər aydın müşahidə olunmadığından əsər üzərində işləyərkən Vivaldi belə edirdi
Mənbə: http://www.baroquemusic.org/bqxvivaldi.html
Müəllif: Elmidar Süleymansoy


Sual №7:  Aleksandr Qenis yazır ki, 1942-ci ildə laboratoriyada baş verən yanğından ciddi xəsarət alan Aleksandr həmin il “Stalin mükafatı”nı almağa gedə bilmir. Aleksandrın SOYADINI deyin?

Cavab: Vişnevski 
Sayılma meyarı: Dəqiq cavablar
Şərh: (Aleksandr Vasilyeviç) Vişnevskiy
Mənbə: 1. “Фильм о Вишневском
2.  ru.wikipedia.org/.../Вишневский,_Александр_Васильевич
Müəllif: Elmidar Süleymansoy


Sual №8: ONLARDAN ən böyüyü “El gigante” adını daşıyır. Qara yumor elementləri ilə zəngin bir filmdə qeyri-adi varlıqlar ONLARI boulinq oynayanda istifadə edirlər.  ONLAR harada yerləşir?

Cavab: Pasxa adası
Sayılma meyarı: Rapa-Nui, Paasch-EylandIsla de Pascua
Mənbə: 1. “Discovery” N1, 2009, səh.63
2. https://ru.wikipedia.org/wiki/Марс_атакует!

Müəllif: Elmidar Süleymansoy


Sual №9:  Rekvizit: Excitare fluctus in simpulo
Simpulo Qədim Yunanıstanda iti manevr imkanına malik, dar ərazilərdə hərəkət edən gəmi növünün adıdır. Gördüyünüz ifadəni biz ilk dəfə Monteskyönün işlətdiyi şəkildə bilirik. Necə?

Cavab: Stəkanda fırtına
Sayılma meyarı: Dəqiq cavablar
Şərh: Simpulo gəmiləri dar ərazili sularda belə demək mümkünsə fırtına yaradırdı. Mönteskyö bu ifadəni dəyişərək “Stəkanda fırtına” kimi işlədib. “Stəkanda fırtına” kiçik hadisənin böyük rezonans yaratmasına deyilir
Mənbə: 1. Юлия Цыбульник “Крылатые латинские выражения” səh.325
2. http://ru.wikipedia.org/wiki/Буря_в_стакане_(выражение)Müəllif:


Sual №10: Bu şeir 1919-cu ildə 1 illik yaş münasibətilə yazılıb. Söhbət hansı şeirdən gedir?

Cavab: “Ölkəm”
Sayılma meyarı: Dəqiq cavablar
Şərh: Azərbaycan Xalq Cümhuriyyətinin 1 illiyi münasibətilə yazılıb, romansı isə Asəf Zeynallı 1929-cu ildə yazıb
Mənbə: http://kayzen.az/blog/musiqi/14293/bir-mahn%C4%B1n%C4%B1n-tarix%C3%A7%C9%99si-%C3%B6lk%C9%99m.html
Müəllif: Elmidar Süleymansoy