PİL - Toğrul Qurbanov və Əşrəf Paşabəyli - X tur - 28.05.2017 - Sualtap

PİL - Toğrul Qurbanov və Əşrəf Paşabəyli - X tur - 28.05.2017


2017-ci ilin fevral ayından "Xəzər" İntellektual Klubu ilə "İqtisadçı" İntellektual Klubunun birgə layihəsi əsasında keçirilməyə başlayan Peşəkər İntellekt Liqası (PİL) onuncu həftə paketi ilə qarşınızdadır.
Bu dəfəki paketin müəllifləri: Toğrul Qurbanov və Əşrəf Paşabəyli


                                                                  Birinci tur 
Sual №1: Ketrin Uilkinson öz qeydlərində ibtidai insanlar üçün sığınacaq rolunu oynayan mağaraların sanki X-i simvolizə etdiyini qeyd edir. Ötən əsrin birinci yarısına aid olan bir əsərdə isə müəllif ailəsinə olan bağlılığını bildirmək üçün özünü X-də təsvir etmişdir. X-i iki sözlə cavab kartlarınıza yazın.

Cavab: Ana bətni
Şərh: 1936-cı ildə rəssam Frida Kalo tərəfindən çəkilən “Ailə ağacı” rəsmində rəssam özünün ailəsinə bağlılığını bildirmək üçün özünü anasının bətnində təsvir etmişdir.












Müəllif: Əşrəf Paşabəyli



Sual №2: Vaxtilə Nyu-York sakinləri “kimisə çayın üstü ilə göndərmək” (to send somebody up the river) ifadəsini bura ilə əlaqədar işlədirdilər. Maraqlıdır ki, “Prodüserlər” filminin qəhrəmanlarının “Sevgi dustaqları”adlı müziklinin nümayişi burada baş tutmuşdur. Bura ilə əvəz olunanı cavab kartınıza yazın.

Cavab: Sinq-Sinq həbsxanası 
Sayılma meyarı: Sinq-Sinq 
Şərh: Sinq-Sinq həbsxanası Nyu-York şəhərindən şimalda təxminən 48 km uzaqlıqda Hudzon çayı sahilində yerləşir. Dustaqları həbsxanaya aparılarkən Hudzon çayı vasitəsilə daşındığından əhali arasında bu ifadə həmin şəxsin həbsxanaya aparılmasını bildirirdi. Sualın ikinci hissəsindəki müziklin adındakı “dustaq” sözü, həmçinin həbsxananın adının ingiliscədən “mahnı oxumaq” kimi tərcümə olunması sualı tapmaqda sizə kömək ola bilərdi.
Müəllif: Toğrul Qurbanov



Sual №3: Xuey-çzunun “İpək hazırlayan qadınlar” rəsminin səhnələrindən birində kömür qızaran sobanın yanında oturan qadın təsvirinə və qış peyzajına rast gələ bilərik.  Rəssamın qış peyzajını nəyin üzərində təsvir etdiyini cavab kartınıza yazın. 

Cavab: yelpik
Şərh: Rəssam sobanın ətrafında kömürü alovlandıran qadına isti olmaması üçün onu əlində yelpik tutan görkəmdə təsvir etmişdir. O qadına sərin olmasını bildirmək üçün yelpiyin üzərində qış peyzajını təsvir etmişdir.







Müəllif: Toğrul Qurbanov



Sual №4: Aparıcı üçün qeyd: Sualın nömrəsi xüsusi vurğu ilə deyilməlidir.


Bir mənbədə qədim dünya xalqlarının təsəvvürlərində çayların (pauza) həyatın doğumdan ölümə qədər axınını simvolizə etməsi bildirilir. Bu səbəbdən Alfanın insanlar üçün həyatın sonu anlamına gəldiyi qeyd olunur. Alfa ilə əvəz ediləni cavab kartlarınıza yazın.

Cavab: Delta
Şərh: Çayın mənsəbi həyatın sonu mənasına gəlirdi.
Müəllif: Əşrəf Paşabəyli



Sual №5: 1974-cü ildə qısa müddətlik həyat yoldaşı ilə birgə Stenli otelində qalan bu şəxs bir müddət sonra oteldəki yeganə müştərilər olduğunun fərqinə varmışdır. Söhbətin kimdən getdiyini tapın.

Cavab: Stiven Kinq
Şərh: “Shining” filmində də hadisələr oteldə tək qalan ailənin ətrafinda cərəyan edir. Maraqlıdır ki, yazıçıya ilham verən mehmanxana filmin rejissoru olan Stenli Kubrikin adını daşıyırdı.
Müəllif: Əşrəf Paşabəyli



Sual №6: Bir əsərdə gecə vaxtı ətrafı minarələrlə əhatələnən Qızıl buynuz (Haliç) boğazı  böyük Alfa ilə müqayisə olunur. Alfanı latın mənşəli sözlə deyin.

Cavab: kandelyabr
Şərh: Əsərdə gecə vaxtı yanan minarələr uzaqdan yanan şamları bənzəyir. Qızıl buynuz ətrafında olanları birlikdə nəhəng kandelyabr adlandırır.
Müəllif: Toğrul Qurbanov



Sual №7: Bir kitabda qeyd edilir ki, böyük şirkətlərin innovasiya mərkəzləri müstəqil fəaliyyət göstərməməli, eyni şirkətin digər innovasiya mərkəzləri ilə vəhdətdə çalışmalıdır. Bu zaman XVII əsrə aid ifadədən məşhur bir hissə xatırlanır. Həmin hissəni cavab kartlarınıza yazın.

Cavab: No man is an island
Sayılma meyarı: Özü özlüyündə ada olan heç bir insan yoxdur.
Şərh: “Özü özlüyündə ada olan heç bir insan yoxdur. Hər bir insan Materikin, Qurunun bir hissəsidir....” Bu ifadə XVII əsrdə yaşamış ingilis şairi və din xadimi Con Donn tərəfindən söylənilmişdir. İfadə öz məşhurluğunu Ernest Heminqueyin “Əcəl zəngi” əsərinin epiqrafında verməsindən sonra məşhurlaşmışdır. Roman özü də öz adını bu ifadədən almışdır.
Müəllif: Əşrəf Paşabəyli 



Sual №8: XVII əsrdə Amerikaya səfər edən Jan de Brebyof irokez tayfalarının bir oyunda istifadə etdikləri çubuqları xristian rahiblərinin daşıdığı əsalara bənzətmişdir. Sözügedən oyunun hazırda hansı adla tanındığını deyin.

Cavab: Lakross
Şərh: Sözügedən əsalar üzərlərindəki xaçın şərəfinə fransız dilində krosye adlandırılır. Jan de Brebyofun “la krosye” adlandırdığı oyun sonradan müasir adını almışdır.
Müəllif: Əşrəf Paşabəyli 



Sual №9: “Shining” filmində personalın və müştərilərin oteli tərk etdiyini öyrənən qəhrəman otelin sanki X-ə çevrildiyini bildirir. X adlı Vikipediya məqaləsindən “Üçbucaq” adlı filmə keçid etmək mümkündür. X-i qarşılıqlı hərflərlə başlayan iki sözlə cavab kartlarınıza yazın.

Cavab: Kabus gəmisi.
Şərh: Sualın ikinci hissəsində sözügedən filmdə hadisələr Bermud üçbucağı ətrafında cərəyan edir.
Müəllif: Əşrəf Paşabəyli 



Sual №10: Qəribə olsa da, vaxtilə Leypsiqdə yaşamış İohan Teçelin ticarəti onun cəzasız qalan döyülməsilə nəticələnmişdir. Əvvəlki cümlədə buraxılmış sözü cavab kartlarınıza yazın.

Cavab: indulgensiya
Şərh: Bildiyimiz kimi, indulgensiyalar gələcəkdə işlədiləcək günahların bağışlanması üçün də satılırdı. Bir şəhər sakini gələcəkdə edəcəyi günaha görə bunu almış və İohan Teçeli şəhəri tərk edərkən döymüşdür. J
Müəllif: Toğrul Qurbanov



Sual №11: İdman lənətlərindən danışılan məqalədə bunun komandalar üçün uzunillik paranoyaya çevrildiyini və oyunçuları qələbədən ayırdığı bildirilir. Bu zaman idman lənəti Alfa ilə müqayisə olunur. Alfa ilk dəfə 1843-cü ildə Drezdendə nümayiş olunmuşdur. Alfa ilə əvəz olunanı deyin.

Cavab: Uçan hollandiyalı
Şərh: Əfsanəvi "Uçan Hollandiyalı" kabus gəmisi heç vaxt quruya çata bilmədiyi kimi idmançılar da heç vaxt qələbəni əldə edə bilmirdilər. Məqalədə bir lənət digərilə müqayisə olunmuşdur. İkinci hissədə isə Vaqnerin "Uçan hollandiyalı" operasından gedirdi.
Müəllif: Toğrul Qurbanov



Sual №12: Nataliya Basovskaya bu şəxsin ancaq 33 yaşında təhsil almağa və öz həyatını yenidən qurmağa başladığını bildirmişdir. Baskoniyada anadan olmuş bu şəxsin kim olduğunu tapın.

Cavab: İqnatiy Loyola
Şərh:Cəngavər olduğu zaman döyüşlərdən birində ayağını sındıran İqnatiy Loyola 33 yaşında dini təhsil almağa başlamış, tez bir zamanda sağala bilmişdir. Sonradan İsanın cəngavərləri cəmiyyəti olan “yezuitlər ordeni”nin əsasını qoymuşdur.
Müəllif: Toğrul Qurbanov



                                                             İkinci tur 
Sual №13: Xorxe Luis Borxes məcazlara olan marağı haqqında danışarkən X-lər haqqında yazdığı esseni xatırlayır. X-lərin yer aldığı siyahıda müharibə təri, Sifin saçları sözlərini görmək olar. X-i qoşasamitli bir sözlə yazın. 

Cavab: Kenninq
Şərh:Skandinav kenninqlərində müharibə təri “qan”, “Sifin saçları” qızıl mənasını verir
Müəllif: Əşrəf Paşabəyli 



Sual №14: Öz qeydlərində bu şəxs hələ məktəbdə oxuyarkən Şekspirin əsərindən təsirlənərək onları yaratmaq haqda düşündüyünü qeyd etmişdir. Sosial şəbəkələrdən birində istifadəçilərdən biri onları kannabisin təsiri altında olaraq hərəkət edən insanlarla müqayisə etmişdir. Onları deyin.

Cavab: Entlər 
Şərh: Yazıçı Con Tolkin məktəbli olarkən Şekspirin “Makbet” əsərində Birnam meşəsinin Dunsinian təpəsinə hərəkət edərək gəlməsini oxuduqdan sonra o onları hər hansı bir döyüşdə canlandırmaq fikrində olduğunu qeyd etmiş və “Üzüklər hökmdarı” əsərində hərəkət edən ağac nəhənglər olan “ent”ləri yaratmışdır. Sosial şəbəkədə istifadəçilərdən biri entlərin astagəl, ehmallıca yerişini marixuananın təsiri altında olan hərəkət edən insanlara bənzətmişdir. Sonradan “ent” sözü ingilis dilində slenqə çevrilmişdir. Məsələn, I smoke weed too, want to be fri'ents'?
Müəllif: Toğrul Qurbanov



Sual №15: Bir məqalədə ilk dəfə papa III İnnokentinin dövründə istifadə olunmağa başlayan Alfa açılıb-bağlanan qapı ilə müqayisə olunur. Alfa haqda məqalədə hadisələri XIX əsrdə Siciliyada cərəyan edən “Çarx qadını” adlı əsərə keçid vardır. Alfanı eyni hərflə başlayan iki ingilis sözü ilə yazın.

Cavab: Baby box 
Şərh: Papa III İnnokenti qadınların öz uşaqlarını Tibr çayında boğaraq öldürməsinin qarşısını almaq üçün kilsələrin divarlarında atılmış uşaqların qoyulması üçün silindr formalı yer hazırlamaq əmrini vermişdir. Belə ki körpəsindən imtina edən ana körpəni həmin silindrin içərisinə qoyub, çarxı fırladırdı. Bununla həmin körpə kilsənin içərisində olurdu.Daha sonra qadın uşaq qoyması barədə xəbəri vermək üçün kilsə zəngini çalaraq çıxıb gedirdi. Siciliyada baby boxları “la routa” yəni “çarx” adlandırırdılar.
Müəllif: Toğrul Qurbanov



Sual №16: Euronewsun bir neçə ay öncə İstanbulun gecə klublarından birində baş vermiş terror hadisəsinə həsr olunmuş xəbərinin başlığı belə idi: “X-in Y-lərə döndüyü an”. Keçən əsrin ilk rübünə aid bir mənbənin adında da X və Y-lərə rast gəlmək olar. X və Y-ləri cavab kartlarınıza yazın.

Cavab: Gülüş və göz yaşları
Şərh: Xəbər başlığına görə, gecə klubunda əylənən gənclərin gülüşü göz yaşlarına dönmüşdü. Cəfər Cabbarlının “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş” əsərinin müəllifidir.
Müəllif: Əşrəf Paşabəyli



Sual №17: Klod Jonnarın əsərində qurbanların bədəninin qanla örtülməsi ilə nəticələnən taun xəstəliyinə X ləqəbi verilir. Adında X-ə rast gəlinən başqa bir mənbənin yazılma səbəbi kimi müəllifin ailə üzvlərinin vərəmdən dünyasını dəyişməsi göstərilir. Həmin mənbənin müəllifinin kim olduğunu tapın.

Cavab:  Edqar Alan Po
Şərh: Bildiyimiz kimi taun həm də “qara ölüm” adlandırılır. Klod Jonnarın əsərində taun qurbanlarının bədəni qanla örtüldüyündən xəstəliyə “qırmızı ölüm” adı verilmişdir. Əsərdə baş qəhrəman Prosperonun əziyyət çəkdiyi xəstəliyin simptomların vərəmlə əlaqədar olmasını bildirilir. Belə ki, yazıçını həyat yoldaşı, anası, qardaşı və bacısə həmin dövrdə geniş yayılmış vərəmdən dünyasını dəyişmişdir. Bir sıra mütəxəssislər Po bu əsəri yazmaqla arvadının əsərin baş qəhrəmanı kimi ölmək istəməməsinə inanmadığını bildirmək istəmişdir. 
Müəllif: Əşrəf Paşabəyli 



Sual №18: 
 









Qarşınızda Amazon cəngəlliklərində yaşayan yanomami hindu qəbiləsinin yaşayış yeri olan şabonodur. Antropoloq Andrey Matusovski qəbilə üzvlərinin Alfaya sahib olmasını şabonolarla bağlı olduğunu bildirmişdir. Daniel de Barandian isə Alfanın Ay ilahəsi Pulipulibaradan əmələ gəlməsinin simvolik işarəsi olması kimi rəy vermişdir. Alfanı deyin.

Cavab: Tonzura 
Şərh: Antropoloq Andrey Matusovski şabonoların vəhşi təbiətlə insan sivilizasiyası arasında sərhəd rolunu oynamasını bildirmişdir. O, yanomamilərin tonzura saç düzümünə sahib olmalarını şabonolarla əlaqələndirmişdir. Beləki bu saç düzümü ancaq şabonoların tikilməsi icazə olunan yerlərdə yayılmışdır və təbii ki görünüşünə görə bir-birinə çox bənzərdir. Daniel de Barandian isə gur qara saça malik yanomami qəbiləsinin üzvünün şəklinə rəy verərkən bütün yanomamilərin ay ilahəsindən yarandığını bildirərək tonzuranın gur qara saçlar arasında ayın qaranlıq gecədə parıldaması ilə müqayisə etmişdir.
Müəllif: Toğrul Qurbanov



Sual №19: Bir serialın “Kabus ovçuları” (Ghostbusters) filminə allüziya edilən səhnəsində qəhrəmanların hədəflərindən biri də Alfa olur. Ağadadaş Qurbanov və Bəbir Xanızadəni də Alfa adlandırmaq olar. Alfanı iki sözlə yazın.

Cavab: Hamletin atası
Şərh: Absurd komediya janrında çəkilmiş “Leyla ilə Mecnun” serialının bölümlərindən birində qəhrəmanlar Hamletin atasının ruhunu “ovlayırlar”. Sualın ikinci hissəsində söhbət görkəmli aktyorlarımız Hamlet Qurbanov və Hamlet Xanızadədən gedir.
Müəllif: Əşrəf Paşabəyli 



Sual №20: Diqqət! Siyahıya qulaq asın:
Laura Martinozzi, Laura Mançini, Anna Martinozzi, Mariya Mançini, Olimpiya Mançini, Qortenziya Mançini, Mariya Anna Mançini
Sadalanan şəxslər XVII əsrin ortalarında İtaliyadan Fransaya gətizdirilmişdir. Siz isə onların tarixə hansı adla düşdüyünü deyin.

Cavab: Mazarinetkalar
Sayılma meyarı: yalnız dəqiq cavab
Şərh: Sualda göstərilən vaxta və İtaliyadan Fransaya gətizdirilməsinə diqqət yetirmək lazım idi. Belə ki, XVII əsrin ortalarında Fransa kral sarayında kilsə və siyasi xadim olan italyan əsilli kardinal Mazarini öz bacısı uşaqlarını Fransaya sarayına gətirərək fransız aristokratiyasını varlı nümayəndələri ilə evləndirmişdir. Həmin gətirilən bu şəxslər gənc kralla eyni yaşda idilər və bununla Mazarini elit təbəqə arasında olan mövqeyini gücləndirmişdir. Öz bacısı uşaqlarından isə bir növ marianet kuklası kimi istifadə etməyi planlaşdırırmış. Bu səbəbdən onlar tarixə Mazarinetkalar adı ilə düşmüşdür.
Müəllif: Toğrul Qurbanov



Sual №21: Çin poeziyasında əsas fikrin bir neçə heroqliflə ifadə olunmasından danışan Erik Veyner poeziyanı öz dövrünün Alfası adlandırmışdır. Alfanı qoşa samitli sözlə yazın.

Cavab: Tvitter
Şərh: Çin poeziyasının çox lakonik olduğunu bildirən Erik Veyner bunu müasir dövrümüzdəki Tvitterlə müqayisə etmişdir.
Müəllif: Toğrul Qurbanov



Sual №22: XIX əsrdə yaşamış və psixi sarsıntılar keçirən bir çox rəssamlar psixiatra müraciət edərək sarsıntılardan azad olacağı təqdirdə sahib olduqları yaradıcılıq istedadını itirəcəklərindən qorxurdular. Rəssam Edvard Munk qorxu və ruhi xəstəlikdən azad olacağı təqdirdə özünün sanki Alfaya bənzəyəcəyini bildirmişdir. Alfa orta əsrlərə aid bir əsərin əsas elementlərindən biri hesab olunur. Həmin əsərin müəllifini tapın.

Cavab: İeronim Bosx
Şərh: Edvard Munk  bunlardan azad olacağı təqdirdə özünü  yelkənsiz ve avarsız gəmi kimi hiss edəcəyini bildirmişdir. İeronim Bosx tərəfindən çəkilmiş “Axmaqlar gəmisi” rəsmdə əsas elementlərdən sayılan gəmi yelkənsiz və avarsız idi.
Müəllif: Toğrul Qurbanov



Sual №23: Stefan Sveyq Avstriya məiyyətinin Mariya Antuanettanı Burbonlara təhvil verməsi zamanı Alfanı simvolik olaraq Fransa-Avstriya sərhədi adlandırmışdır. Alfanı qonşu hərflərlə başlayan iki sözlə deyin.

Cavab: Nigah masası
Şərh: Stefan Sveyq Avstriya məiyyətinin Mariyanı Burbonlara təhvil verməsi zamanı mərasim zalında ortaya qoyulan nigah masasının bir tərəfində avstriyalıların, digər tərəfdə isə fransızların dayandığını iki ölkə arasındakı sərhədləri müəyyən etdiyini bildirmişdir. 
Müəllif: Toğrul Qurbanov



Sual №24: Diqqət! Siyahıya qulaq asın:
Qarın, qab, qaşıq, quyu, quduz, qurbağa.
Bu sözlərin etimologiyasının izah edildiyi kitabda hansı mənbənin xatırlandığını deyin.

Cavab: “Məlikməmmədin nağılı”
Şərh: “Məlikməmmədin nağılı”nda Simurq quşu “qa” deyəndə yemək, “qu” deyəndə su istəyirdi. İlk üç sözün kökündə “qa”, yəni yemək sözünün, digər üç sözdə isə “qu”, yəni su sözünün dayandığı iddia edilir.
Müəllif: Əşrəf Paşabəyli